Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gələn ildən mərhələ-mərhələ siyasi məhbuslar azadlığa buraxılacaq”


Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın təklifi və Azərbaycan prezidenti İlham Əliyevin də dəstəyi ilə İnsan Haqları üzrə İşçi Qrup yenidən təşkil edilib


İşçi Qrupun gündəliyində digər insan haqları problemləri ilə yanaşı siyasi məhbusların azadlığa çıxması məsələsi ön sıradadır. 

Artıq İşçi Qrupun ilk iclası keçirilib və ölkə başçısının bu məsələni dəstəkləməsi cəmiyyətdə siyasi məhbusların azadlığa çıxacağına ümidi artırıb. 

“Yeni Müsavat” mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin və İşçi Qrupun üzvlərinin mövqeyini öyrənib. 


İnsan Haqları üzrə İşçi Qrupun üzvü millət vəkili Çingiz Qənizadə açıqlamasında bildirdi ki , siyasi məhbusların azadlığa çıxması İşçi Qrupun başlıca məqsədidir, ancaq bu o demək deyil ki, onların hamısı azadlığa çıxacaq: “Mən hələ ki bu haqda dəqiq heç nə deyə bilmərəm. Cənab prezidentin Fransa prezidenti ilə görüşündə olan söhbəti də dəqiq bilmirəm. Sadəcə mətbuatda oxumuşam ki, cənab prezident bu işlə maraqlanacağını deyib. Ancaq cənab prezidentin bu işlə maraqlanması göz qabağındadır. Paris görüşündən öncə cənab prezidentinin AŞPA-nın baş katibi ilə razılaşmasına əsasən İşçi Qrupunun yaradılması təşəbbüsü var idi və ölkə başçısı da bunu dəstəklədi, biz artıq fəaliyyətə başlamışıq. Amma bu o demək deyil ki, həbs olunan bütün ictimai fəallar azadlığa çıxacaq. Mən bunu belə dəyərləndirməzdim. Çünki, onların içərisində müəyyən cinayət törətmiş, qanunsuz hərəkətə yol vermiş şəxslər var. Onlar ancaq cənab prezidentin humanistliyi sayəsində əfv oluna bilərlər. Ancaq ümidlər var ki, cəmiyyətdə adı daha çox hallanan siyasi məhbuslar var ki, onların azadlığa çıxması ilə bağlı bizim işçi qrupu müəyyən instansiyalara tövsiyə xarakterli bir müraciət edə bilər.  Bizim ilkin iclas oldu və bu iclasda bu təşkilatın müəyyən strukturları müəyyən olundu. İndi isə müzakirələr gedir və mən belə düşünürəm ki, bu İşçi Qrupun yaradılması nəticəsiz qalmayacaq. Yaxın günlərdə növbəti toplantımız olacaq və konkret adlar müəyyənləşəcək”.


 
Hüquqşünas İntiqam Əliyevin səhhətində olan problemlərə gəlincə, Çingiz Qənizadə bildirdi ki, dəfələrlə ağır xəstə adamların azadlığa çıxmasına nail olunub və İntiqam Əliyev də bunlardan biri ola bilər: “İntiqam Əliyev çox savadlı hüquqşünasdır və mənim ona çox böyük hörmətim var. Mənə çatan məlumata görə onlar bizim fəaliyyətimizdən imtina ediblər. Ancaq biz onların xahişi ilə bu işə başlamamışıq ki, onların etirazı ilə geri çəkilək. İntiqam Əliyevin müəyyən qanuna zidd hərəkətləri ola bilər, ancaq bunu həbssiz də həyata keçirmək olar. Biz əvvəllər də bu cür xəstə adamların cinayəti ağır olsa belə buraxılmasına nail olmuşduq. İnanıram ki, biz İntiqam Əliyevlər bağlı ayrıca bir yanaşma hazırlamalıyıq, ən azı onun haqqında  həbs qəti imkan tədbirinin dəyişdirilməsi məsələsini gündəmə gətirməyə çalışacağıq. Bu məsələyə İşçi Qrupu laqeyd qalmayacaq.”

"Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə növbəti ildən başlayaraq siyasi məhbusların azadlığa çıxacağını bildirdi: “Gələn ildən mərhələ-mərhələ siyasi məhbuslar azadlığa buraxılacaq. Demək olar ki, böyük əksəriyyəti həbsdən çıxacaq. Proses bu istiqamətdə getməlidir. Mən gözləyirəm ki, Azərbaycanda gec-tez vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoq başlanacaq. QHT-lər səviyyəsində, media səviyyəsində və sair. Gələn ildən müsbət dəyişikliklər gözləmək lazımdır. Çünki, Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan qeyri-neft dövrünə keçid etməlidir, yaxın illərdə neftin hasilatı iki dəfədən çox azalacaq, neftin qiyməti də ola bilər ki, ucuzlaşsın. Buna görə də Azərbaycan hakimiyyəti məhkumdur ki, dəyişikliklərə getsin. Çünki, azad iqtisadiyyat formalaşmalıdır Azərbaycanda, azad  iqtisadiyyat da qanun tələb edir, siyasi azadlıqlar tələb edir. Digər tərəfdən Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlığa keçir və bu daha da güclənəcək. Həmçinin gözlənilir ki, Avropa Birliyi ilə yeni bir modernləşmə sazişi imzalanacaq. Azərbaycan hökuməti buna gedəcək və artıq müəyyən addımlar atılır”. 

İnsan Haqları üzrə İşçi Qrupun fəaliyyətinə gəlincə Mehman Əliyev bildirdi ki, bu haqda hələ ki, söz demək tezdir: “İşçi Qrupu hələ ki, bir dəfə toplanıb. Növbəti toplantısı noyabrın ortalarında olacaq. Bu qədər zaman məsafəsi indiki zamanda doğru deyil. Bu istiqamətdə daha intensiv iş görməyə ehtiyac var. Ancaq əsas nəticədir və biz müsbət nəticə gözləyirik”. 

Səhhətində problemlər olan İntiqam Əliyev və Leyla Yunusun vəziyyətinə gəlincə, Mehman Əliyev bildirdi ki, ilkin mərhələdə onların şəraitinin dəyişilməsinə ehtiyac var: “Onların məhkəmə prosesi davam edir və hələ ki, əfv haqqında danışmaq tezdir. Onların saxlanma şəraitini yaxşılaşdıra və ya müalicəsinə diqqəti artıra bilərlər. Velə bir durumda ev dustaqlığına buraxılması da mümkündür”. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar