Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Abdullayev Sevinc Babayevadan 5 milyona nəyi almaq istəyirmiş


“Sən məni Türkiyədən çıxar, sonra isə mən....”


İkili arasındakı 5 milyon dollarlıq müdhiş bazarlıq cəhdinin detalları “Yeni Müsavat”da

“Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın son günləri ilə bağlı “Yeni Müsavat”a ilginc məlumat daxil olub. Qəzetimizin elektron poçtuna naməlum ünvandan yeni xəbər göndərilib. Xəbərin göndərildiyi elektron ünvanla daha öncə S.Babayevanın xarici pasportunu, səs yazısını göndərən ünvan eynidir.

Budəfəki məlumat isə öncəkilərdən yeni detalları ilə fərqlənir. Mənbə yazıb ki, Sevinc Babayeva İstanbulda ikən dəfələrlə ABU-nun sabiq rektoru, Fransada yaşayan Elşad Abdullayevlə telefonla danışıb. Danışıqlar 2012-ci ilin oktyabr ayından başlanıb və dekabra qədər davam edib.

Mərhumə əsasən küçədəki aparatlar vasitəsilə (“ankasorlu telefon”) E.Abdullayevə zəng edirmiş. Tez-tez 2 dollar dəyərində telefon kartları alan S.Babayevanın telefon danışıqlarını qaldığı evdən və onu himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın telefonundan etməməsinin isə bəlli səbəbləri var imiş. Belə ki, “ankasorlu telefondan” zəng edəndə izlər tam itir və heç bir halda polis bu görüşmədən xəbər tuta bilməzdi. İşini ehtiyatlı tutan S.Babayeva isə işi maksimum izsiz həll etmək istədiyi üçün küçə telefonlarının xidmətindən istifadə edirmiş. 

Mənbənin yazdığına görə, S.Babayevanın E.Abdullayevdən istədiyi yeganə şey isə onu himayə etməsi idi: “Sevinc onunla danışığında başına gətirilən bu oyuna görə onu suçlamışdı. Elşad Abdullayev isə cavabında günahın Sevincdə, Gülər Əhmədovada olduğunu deyirdi. Ona görə də onlar arasında danışıqlar bir neçə dəfə mübahisə ilə bitmişdi. Amma sonradan Sevinc Elşad Abdullayevdən xahiş etdi ki, onu hansısa yolla İstanbuldan çıxarıb, Fransaya və ya Avropa ölkələrindən birinə aparsın”. 



Mənbə yazıb ki, E.Abdullayev də ilk vaxt S.Babayevanın bu təklifinə sıcaq yanaşıb. Hətta təklifi həyata keçirmək üçün şərt də qoşub: “Elşad Abdullayev isə deyirdi ki, sən əlində olan diskləri, materialları mənə 5 milyon dollara sat, həm pul sahibi ol, həm də səni qoruyum. Elşad Abdullayev Sevinc Babayevaya söz vermişdi ki, həmin o pulu Rusiya üzərindən ona çatdıracaq.  İlk vaxtlar Sevinc bu təkliflə razılaşmaq istəmişdi. Amma sonradan çəkindi. Düşündü ki, əlindəki məxfi materialları Elşad Abdullayevə verdiyi üçün onu aradan götürərlər. Heç rektora da etibar etmirdi”.

Məlumat bundan ibarət idi. Bütün hallarda bu, adını açıqlamayan bir mənbənin yazdıqlarıdır. Amma “Yeni Müsavat” həmin mənbənin daha öncə S.Babayevanın səs yazısını və itkin düşmüş xarici pasportunun nüsxəsini eyni yolla redaksiyamıza göndərdiyini xatırladır. Bu səbəbdən də onun yazdıqlarında həqiqət payı olmasını istisna etmir. 

Əməkdaşımız bu xəbərlə bağlı bəzi detalları dəqiqləşdirmək üçün türkiyəli iş adamı, S. Babayevanı son günlərinə qədər himayə etmiş Səlcuq Ağlayanla əlaqə saxladı. S. Ağlayan telefon zəngimizə cavab versə də, sualı eşidən kimi danışmağa müsaid olmadığını bildirdi. Xatırladaq ki, S. Ağlayan bu günə qədər S.Babayeva ilə tanışlığının Bakıda, tam təsadüfən baş tutduğunu deyir. Azərbaycandan gələn insanlara hər zaman İstanbulda yardım etdiyini vurğulayan türkiyəli iş adamı bu məsələdə “açar fiqur” rolunu oynayır. 

Xəbərdəki məlum iddialarla bağlı E. Abdullayevlə də danışmağa cəhd etdik. Sabiq rektor nə əməkdaşımızın telefon zənginə, nə də elektron ünvanına  yazdığı məktuba cavab verdi.

Mövzunu davam etdirəcəyik.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar