Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərgiz Paşayeva İngiltərədə - Fotolar


Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb.

Londonun “Roayl Garden” otelinin tədbirlər zalında keçirilən ənənəvi illik yığıncaqda, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Nərgiz Paşayeva toplantıda çıxış edərək cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin unudulmaz olduğunu bildirib. O, yeni həmsədr Lord Germanın da səylərinin cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini söyləyib. Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin nailiyyətləri sayəsində qazanılan nüfuzun qurumun əsas qürur mənbəyi olduğunu qeyd edib. 

AzərbaycanBritaniyanın gözəl ölkələr olduğunu deryən N. Paşayeva bu ölkələri gözəlləşdirən ən vacib amillərdən birinin insanlar olduğunu vurğulayıb: “Belə insanlar gələcəyimizin zəmanətidir. Keçmiş təcrübələrimizin xalqlarımız arasındakı əlaqələri yeni mərhələyə daşıyacağından əminəm”.

Çıxışına Azərbaycan dilində davam edən Nərgiz Paşayeva ana dilimizdə danışmağın əhəmiyyətini vurğulayaraq, Azərbaycan dilini dünyanın hər tərəfində təbliğ etməyin vacibliyini diqqətə çatdırıb. O, Azərbaycanın ən böyük nailiyyətinin onun müstəqilliyini yenidən bərpa etməsi olduğunu qeyd edib. Nərgiz Paşayeva bildirib: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib və iki ölkə arasında İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir”. 






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar