Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda bütün azadlıqlar təmin edilib“


“Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi”


PİA.AZ yerli mətbuata istinadən bildirir ki, bu sözləri prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında bildirib.

Ölkə başçısı çıxışında qeyd edib ki, Avropa Olimpiya Komitəsinə üzv olmaq qərarı bu Komitə tərəfindən çox müsbət qarşılandı və prioritetlərimizi nümayiş etdirdi. 

Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.

Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi”.

Ölkə başçısı diqqətə çatdırıb ki, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. 

“Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.

Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürəkdən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz üç dəfədən çox artıb. Büdcə xərclərimiz iyirmi dəfədən çox artıb. Biz yoxsulluğun səviyyəsini 49 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik isə 5 faizdən aşağıdır. Maliyyə vəziyyətimiz çox sabitdir. Xarici borc ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən xüsusi olaraq qeyd edilir. Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumu qlobal rəqabətə davamlılıq baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb. Bu səbəbdən, iqtisadi inkişafımızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu”.

Prezident həmçinin vurğulayıb ki, Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. “Təbii ehtiyatlardan səmərəli istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi, həmçinin bizim üçün prioritet oldu. Gələcəyə sərmayə, təhsil, sosial problemlərin həlli və infrastrukturun yaradılması bizə iqtisadiyyatımızı şaxələndirməyə imkan verdi.

Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Azərbaycan bu gün Avropanın çox mühüm tərəfdaşıdır. Avropa İttifaqı ilə imzaladığımız sənədlər aydın göstərir ki, Azərbaycan “Cənub” qaz dəhlizini təşviq və təchiz edən, eləcə də inşasını başlatdıran tərəfdir. Əslində, biz “Cənub” qaz dəhlizinin çəkilməsini başlatdıran ölkə olduq. Təməlqoyma mərasimi avropalı həmkarlarımın geniş iştirakı ilə Bakıda iki ay öncə, sentyabrın 20-də təşkil edilmişdir.

Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın üzvüyük. Avropa ilə münasibətlərimiz sırf enerji təhlükəsizliyi ilə bağlı deyil. Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və Asiyada sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur, qapının kandarındadır”.

Ölkə başçısı idmançılarımızın uğurlarından fərəhləndiyini deyib: “Fərəhlənirik ki, Azərbaycan idmançıları ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edirlər. Londonda keçirilmiş son Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci oldu.

Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımız təxminən 200 ölkə sırasında 10-cu yeri tutmuşlar. Bu, müstəqilliyini yalnız 23 il öncə qazanan, əhalisi o qədər də çox olmayan ölkə üçün tarixi nailiyyətdir. Onuncu yer o deməkdir ki, biz dünyanın aparıcı idman ölkələri sırasındayıq. Bu, Azərbaycanda idmanın təşviqi, lazımi infrastrukturun qurulmasının bariz nümunəsidir. London və Nankində medal qazanmış bütün atletlər müstəqillik illərində formalaşmış idmançılardır. Müstəqillik bizim üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil olmaqdan, BMT-də bayrağını qaldırmaqdan fərəhlənir. O, həmçinin fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah və xalqımıza çiçəklənmə gətirdi.

Bizim Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar