Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlli ildən sonra Rusiya - Olacaqmı?


Rusiya ilə Qərb arasında geosiyasi savaş son və həlledici mərhələyə qədəm qoyub...

 
Bu Avstraliyada, «Böyük iyirmilər»in sammitində özünü açıq-aşkar biruzə verdi. Hələ 4 ay əvvəl Ukraynada Mazayziya təyyarəsi vurulduqdan sonra Avstraliyanın baş naziri Toni Ebbot tərəfindən «persona non-qrata» elan olunan Rusiya prezidenti sammitdə özünü doğurdan öz qabında hiss etmirdi. Putin sammitdə özünü tam olaraq təklənmiş və faktiki olaraq boykot olunmuş lider olaraq hiss etdi və elə buna görədə sammitin bitməsini gözləmədən Brisbeni tərk etdi. 
 
Bu ona qarpşı açıq rəzalətdi və Qərb liderləri doğurdan Putinin özünü rəzil hiss etməsi üçün əllərindən gələn hər şeyi etdilər. Bu hər şeydən əvvəl Qərb liderlərinin Rusiyanın özündən razı liderini yerində oturtmaq üçün nümayiş etdirdikləri açıq saymamazılıq göstərgəsi idi və təbii ki, Putində öz dərsini tamamilə almış oldu. 
 
Sammitə öz möhürünü isə Kanadanın baş naziri Stephen Harper vurdu. Putin kanadalı liderlə salamlaşmaq üçün ona yaxınlaşdığı zaman gördüyü münasibət dünya gündəmində  bomba kimi partladı: «Mən sizin əlinizi sıxmağa məcburam. Ancaq sizə bir şeyi demək istəyirəm. Ukraynadan dəf olun». Bu kəlmələr açıq bir şəkildə Rusiya liderini alçaltmaq üçün seçilmişdi.
 
Bu kəlmələr özü-özlüyündə bütün diplomatik qaydaların üzərindəydi və Qərbin Putinə olan münasibətinin açıq nümunəsiydi. Yəni Qərb liderləri Putini aralarında görmək istəmədiklərini və onu Obamanın təbiri ilə desək «dünya üçün təhlükəyə çevrilən» diktator olaraq gördüklərini açıq hiss etdirmək üçün əllərindən gələn hər şeyi etdilər. İngiltərənin baş naziri Kemeron isə, «Biz Avropada dondurulmuş münaqişəyə tab gətirə bilmərik», söyləyərək Putinə bir daha yerini göstərdi.
 
Amma bundan bir gün əvvəl Putin Almaniyanın ARD kanalına verdiyi müsahibəsində Qərb liderlərini demək olar ki, top atəşinə tutur və onlara «beyinləri» tormozlanıb», deyirdi…
 
300 illik geosiysi savaşın son məhələsi
 
Rusiya ilə Qərb arasında geosiyasi savaş Rus imperiyasının Böyük Türk Xaqanlığının mirasçısı olaraq meydana çıxmasından sonra başlayır. Yəni faktiki olaraq Əmir Teymurun zərbələri ilə Qızıl Ordanın ortadan qeyb olmasından sonra İvan Qroznı zamanında Böyük Çölün sahibinə çevrilən ruslar Avropanın əsas geosiyasi rəqibi olaraq çıxış etməyə başladılar. I Pyotrun zamanda bu rəqabət mübaribəyə və düşmənçiliyə çevrildi. Pyotrun Qərbdə qazandığı qələbələr rus ordusunun isti dənizlərə doğru irəliləməsi üçün zəmin yaratdı. 
 
Hardasa 17-ci yüz ildən sonra, xüsusən də II Yekatrinanın  hakimiyyəti illərində Rusiya imperiyası Qərbin əsas geosiyasi rəqibinə çevrilir. Artıq 18-ci əsrdə Avropanın əsas rəqibi və düşməni Osmanlı imperyası deyil, Böyük Türk Xaqanlıqlarının miarasını ələ keçirən Rus imperiyası idi. Amma türklər Avropa ilə Çin arasında bufer rolu oynadıqları kimi, Rus imperiası da Avropa ilə Çin arasında bufer rolunu öz üzərinə aldığından Rusiya Avropanın bir nömrəli düşməni olmaqla yanaşı, həm də böyük geosiyasi oyunun həlledici aktyoru idi və bu aaktyoru tam olaraq ortadan qaldırmaq Avropanın işinə yaramırdı. 
 
Əlində Birinci Dünya Savaşı olan Napoleon savaşları zamanı Rusiyanın qalib koalisiyada həlledici rol oynaması Rus imperiyasının Avropadakı mövqelərini bir xeyli möhkəmlətdi. Polşanı, Ukraynanı və Pribaltik ölkələri öz torpaqlarına qatan Rus imperiyası həm də Avropanın jandarması ünvanını qazandı. Birinci Dünya Savaşından sonra Avropda nüfuz dairəsini kifayət qədər itirən Rusiya bolşeviklərin hakimiyyətə gəlməsindən sonra da Çin səddindən Polşa sərhədlərinə qədər Böyük Çölü öz nəzarətləri altında saxlaya bildi. Bu isə ikinci Dünya Savaşında Rusiyanın Avropada böyük revanş qazanmasına əsas stimul verən faktor oldu. İkinci Dünya Savaşından sonra faktiki olaraq Avrpanın yarısından çoxuna sahiblənən Rus imperiyası hardasa 40 il müddətində öz qüdrətinin pik nöqtəsini yaşadı. 50-60-cı illərdə zirvəyə yüksələn Rus-Sovet imperiyası 70-80-ci illərdə sürətlə tənəzzül etməyə başladı.
 
Tarixə «Soyuq savaş» olaraq keçən bu möhtəşəm rəqabət sonucda Rus-Sovet imperiyasının darmadağın olması ilə nəticələndi. Üç yüz illik geosiyasi savaşda ilk dəfə olaraq Rus imperiyası ciddi itkilərlə qarşılaşdı və demək olar ki, Avropada olan bütün nüfuzunu və qüdrətini qeyb elədi. Şərqdə, yəni Böyük Çöldə də vəziyyət heç də ürəkaçan deyildi. Cənubi Qafqaz və Orta Asiya tam olmasa da, demək olar ki, Rusiyanın nəzarəti altından çıxmışdı. Artıq bu torpaqlarda ABŞ-ın, Avropa Birliyi dövlətlərinin, Çinin, Türkiyənin, İranın mili maraqları meydana çıxmışdı və bu mili maraqlar faktiki olaraq Moskvpnın milli maraqları ilə paralel gücə sahidilər. İyirmi il əvvəl bunu həmin dövlətlər xəyal belə edə bilmirdilər. Bu əslində Kreml üçün böyük geosiyasi fəlakət hesab olunmalıydı və əslində belə də hesab olunurdu. 1990-cı illərin əvvələrində isə Şimali Qafqaz isə faktiki olaraq sava meydanına çevrilmişdi.
 
Əslində bu gün baş verənlər Rusyiyanın Qərblə yaşadığı böyük xəyalqırıqlığının sınıq güzgüdə əks olunması kimi qəbul olunmalıdır. Çünki 1989-cu ildə Berlin divarları yıxıldıqdan sonra Rusiyanın Qərb sivlizasiyanın tərkib hissəsinə çevrilməsi, yəni faktiki olaraq geosiyasi savaşın bitməsi baş vermədi. Kremldə Yelçinin ətrafında olan demokratlar isə, sadəlövhlüklə hesab edirdilər ki, Qərb onlara ağuşunu açacaq və Rusiya Qərb sivlizasiyasının tamhüquqlu üzvünə çevriləcək. 
 
Yelçin ancaq 90-cı illərin sonlarında anladı ki, dünyanın nüvə nəhəngi olan Rusiyanın Qərb sivlizasiyasının tərkib hissəsinə çevrilməsi ümumiyyətlə mümkün deyil. Sadəcə doğurdan İkinci Dünya Savaşı qədər ağır olan «soyuq savaş»dan sonra tərəflərə yeni nəfəs gərəkirdi və dünyaya xaosun hakim kəsilməməsi üçün Qərb Rusiyaya hiyləgərcəsinə gülümsünürdü. Və Yelçin tez-tələsik ətrafındakı demokratları Kremldən qovdu və onların əvəzinə isə imperiyaçı qüvvləri Kremlə topladı. Putin də bir layihə olaraq məhz həmin dönəmdə peyda oldu və heç kimin tanımadığı adi bir «kqbeşnik» olan, Sobçakın komandasında olmaqdan başqa heç bir siyasi uğur qazanmayan və 98-ci ilə qədər siyasətdə heç bir nüfuz dairəsi olmayan Putin, imperiyasçı güclərin təmsilçisi olaraq çətinlik çəkmədən Yelçinin mirasçısı ola bildi. 
 
Məhz 1998-ci ildən sonra Rusiya ilə Qərb arasında geosiyasi savaş yenidən alovlandı. Artıq Kremldə Qərbə heç kim inanmırdı və çox sürətlə yenidən Vaşinqton Moskvanın birnömrəli düşməninə çevrildi. Rusiya Qərblə bu günkü savaşa demək olar ki, on beş ildir ki, hazırlaşırdı. Amma Qərb Putini vaxtından əvvəl haqladı. 
 
Əslində Qərblə açıq savaşaraq  əvvəlki qüdrətini bərpa etmək üçün Rusiyaya minimum 20 il daha zaman gərəkirdi. Və Qərb bu zamanı Rusiyaya tanımadı. Faktiki olaraq Putin Ukraynaya bu şəkildə müdaxilə etməyə zorlandı. Ya Putin NATO-nun ön xəttinin Rostova dayanmasına sakitcə dözərək rəzil olmalıydı, ya da, bu şəkildə müdaxilə edərək özünü müdafiə etməliydi. 
 
Hər iki halda Putin və Rusiya üçün xilas yolu görünmür. Çünki NATO-nun birbaşa Rusiya sərhədlərinə dayanması geosiyasi savaşın bir mənalı olaraq uuduzulması və bir müddət sonra Rusiya Federasiyasının parçalanması deməkdi. Hazırkı vəziyyətdə də, Ukraynaya hərbi müdaxilə edib ərazilərini işğal edən Rusiya üçün eyni sonuc ortaya çıxır. Yenə də Rusiya uduzmağa və parçanlanmağa məhkumdur. Çünki Qərbin qarşısında davam gətirmək üçün Rusiyanın iqtisadi və hərbi resursları yetmir. 
 
İkinci soyuq savaş Rusiyanın iqtisadi, siyasi və insan resurslarını bütünlüklə tükədə bilər. Bunu Kremlin analitikləri də,  siyasiləri də yaxşı bilirlər. Sadəcə Moskva savaşmaqla nəyisə əlində saxlamağa cəhd edir. Qərb isə 300 illik geosiyasi savaşı tam qələbə ilə bitirmək üçün son zərbəni endirməyə hazırlaşır.
 
Nüvə arsenalı Rusiyanın köməyinə çatmır
 
Rusiyanın ərazisi dünyanın quru hissəsinin təqribən 6/1 hissəsini təşkil etsə də, iqtisadiyyatı haqqında bunu mümkün deyil. Faktiki olaraq Rusiyanın iqtisadi gücü ABŞAvropa Birliynin iqtisadi güclərinin 6 faizini təşkil edir. Yəni iqtisadi güclər arasında fərq o qədər böyükdür ki, bu fərqi qapatmaq Rusiya üçün imkansızdır. Üstəlik Rusiya iqtisadiyytı dünya bazarına daha çox xammal çıxarmaqla məşğul olur. Amma bunun müqabilində isə, istər yüngül sənaye texnologiyasını, istəsə də ağır sənaye texnologiyasını demək olar ki, bütövlükdə Qərbdən və Yaponiyadan ixrac edir. Və həmçinin Rusiya iqtisadiyyatı tam olaraq ABŞ dollarından və avrodan asılı vəziyyətdədir ki, hazırkı vəziyyətdə bu Putini ən çox özündən çıxaran məsələrdən birinə çevrilib. Çünki Putin hər gün ABŞ və AB birjalarının rus rublunu necə öldürmələrini əlacsız bir şəkildə seyr etməyə məcburdur və bir çox çıxışlarından da görünür ki, bu onu ən çox özündən çıxaran faktora çevrilib. 
 
Etiraf etməsə də, Putin son 15 ildə qurduqlarının necə məhv olmasını aciz bir şəkildə seyr edir. Ən acınacaqlı isə odur ki, Qərbin sanksiyaları qarşısında Kremlin Qərbə qarşı tətbiq etdiyi sanksiyalar məhz Rusiyaya qarşı çevrilir. Və elə bu üzdən də Rusiya artıq bir mənalı olaraq Qərbə qarşı sanksiya tətbiq etməyəcəyini bildirir.
 
Dağılan iqtisadiyyat və arzu olunmayan münaqişəyə cəlb olunan Rusiyanı Qərblə eyni statusa gətirən tək şey isə, Kremlin sahib olduğu böyük nüvə arsenalıdır. Lakin böyük nüvə arsenalı Putinə məqsədinə çatmaq üçün heç bir şeydə kömək edə bilmir. Yəni hər şey özü-özünə ortadadı. Nüvə silahından istifadə etməklə Rusiya həmçinin intihar etmiş olacaq. Heç bir hədəfinə isə çatmayacaq. Ancaq dəli adamlar bu durumda nüvə silahı ilə qorxunc görünə bilər. Kremlin əlində olan nüvə silahı isə Qaraca Çobanın çomağını xatırladır və nüvə silahı Putinin işinə çomaq Qaraca Çobanın işinə nə qədər yarayırdısa, bir o qədər yarayır. Xatırladaq ki, SSRİ iflas edərkən də nüvə silahından istifadə etməyi heç kim ağlına belə gətirə bilmədi. Hazır ki, şəraitdə də Putinin nüvə silahı ilə Qərbi şantaj etməsi gülünc bir ortam yaradacaq və bu şantaj hər şeydən əvvəl Rusiya xalqlarına qarşı çevriləcək.
 
Rusiya faktiki olaraq öz hərbi potensialı ilə ancaq Ukrayna tipli ikinci qrup ölkələr üçün qorxuncdur. NATO-da isə yaxşı başa düşürlər ki, Rusiya Alyansa qarşı böyük savşı başlatmağa hərbi potensialı yetər, amma bu savaşı qazanmaq üçün Rusiyanın hərbi potensialı, hər şeydən əvvəl isə iqtisadi potensialı yetərli deyil. Eyni zamanda bunu Moskvada da yaxşı anlayırlar.  
 
Putin Donbas "bataqlığında boğulur" 
 
Putin hələ Avstraliyada dünya liderlərinin tənələri ilə üz-üzə olarkən Ukrayna prezidenti Donbası faktiki olaraq iqtisadi blokadaya almaq üçün fərman verdi. Fərmana əsasən "DNR" və "LNR"-in nəzarəti altında olan ərazilərə pensiyaların, sosial lqotların verilməsi dayandırıldı, həmçinin həmin ərazilərdə bütün bank işləmləri durduruldu. Bu əslində Ukraynanın Donbasın bütün yükünü Rusiyanın üzərinə qoyması anlamına gəlirdi və təbii ki, fərmanın Putinin G20 zirvə toplaniısında olduğu zaman verilməsi heç də təsadüfi deyildi. Görünür ki, fərmanın məhz Putin Avstraliyada olarkən imzalanması Qərb liderləri ilə razılaşdırılmışdı və Qərb liderləri bir mənalı olaraq Brisbendə Putinin kefinə soğan doğramaq üçün bütün planlarını əvvəlcədən razılaşdırmışdılar.
 
Əslində bu fərmanla Putinin üzərinə Ukrayna ilə müharibə aparan Donbas vilayətini canlı qüvvə və hərbi sursatla təmin etməklə yanaşı, həmçinin Donbasın bütün sosial xərclərini təmin etmək qoyulurdu. Etiraf olunmalıdır ki, müharibə zonası olan və sosial-iqtisadi infrastrukturu məhv edilən 4 milyonluq bir vilayətin müharibə xərclərini daşımaqla yanaşı, sosial xərclərini də daşımaq Rusiya iqtisadiyyatını sadəcə olaraq çökdürə bilər. Putin bu xərci çəkməyə qadir deyil və Brisbendə verdiyi açıqlamalarında da, bu fərmanın onun üçün nə qədər problemli olduğunu fərmanı sərt dildə tənqid etməklə etiraf etmiş oldu. 
 
Yəni faktiki olaraq Putin artıq Donbasda boğulmağa başlayıb və Donbas müharibəsinin müəlliflərindən biri, rus diversantı İqor Qirkinin (Strelkov) də son günlər verdiyi müsahibələrində açıq etiraf etdiyi kimi Qərb və Ukrayna Donbasda parlaq strateji qələbə qazanıblar və Rusiyanın bu savaşı qazanması artıq mümkün deyil. Qirkinin bildirdiyinə görə, ilkin olaraq Putinin planı Krımda olduğu kimi, bütün Şərqi Ukraynanı ildırım sürəti ilə Rusiyaya birləşdirmək olub. Lakin Xarkov başda olmaqla bir çox rus dilli vilayətlər Putinə arxa çevirdiklərinə görə plan baş tutmayıb və nəticədə Putin Rusiyanı dağıtmaq üçün detenator rolunu oynaya biləcək bir savaşın içinə girib. Qirkinin də etiraf etdiyi kimi Putin bir ayın içində Şərqi Ukraynanın Kiyevə çatmasını planlasa da, bu baş vermədi və faktiki olaraq Putin Ukrayna savaşını strateji olaraq uduzdu. Atıq Donbas Putinin çiyinlərində daşınması mümkün olmayan yükə çevrilir.
 
Hazırda bu savaş Putinin 2000-ci ildən bəri əldə etdiyi hər hər şeyi dağıdır. Ən əsası isə Rusiya dünya birliyndən təcrid olunur və bu nəhəng nüvə dövlətinin mövqeyi beynəlxalq məsələlərin həllində artıq nəzərə alınmır. Əksinə beynəlxalq aləmdən təcrid olunan Rusiyanın mövqeyi birbaşa düşmən mövqe olaraq alqılanır. 
 
Bu üzdən Donbasda münaqişə davam etdikcə Putin və Rusiyanın itirdikləri Ukraynanın itkiləri ilə müqayisə belə oluna bilməz. Daha doğrusu Ukrayna üçün hazırki vəziyyət daha əlverişlidi. Çünki müharibə getdiyi şəraitdə Ukraynanın xərclərini faktiki olaraq Qərb çəkir və Ukrayna sürətlə Qərbin bir hissəsinə, daha doğrusu Qərbin Şərq sərhədinə çevrilir. Qərbdən fərqli olaraq isə, Rusiya infrastrukturu dağılmış, kömür şaxtaları doldurulmuş Donbasın xərclərini çəkə bilməz. Bunun üçün Rusiyanın resursları yoxdur. 
 
Neftin qiymətinin planlaşdırılmış bir şəkildə aşağı salındığı indiki şəraitdə Rusiya iqtisadiyyatı infrastrukturu dağılmamış Krımın yükünü belə çəkə bilmir. Ona görə də Donbas əhalisinin yalnız iki seçimi qalır. Ya onlar Rusiyaya qarşı üsyan edib işğalçıları Donbasdan özləri qovmalıdırlar, ya da aclıqdan, soyuqdan və arteleriya atəşi altında ölməlidirlər.  Yəni Rusiya hər nə qədər Donbas xalqının hüquqlarını müdafiə etdiyini bağırsa da, faktiki olaraq Donbasa gətirdiyi şey müharibə, xaos, aclıq, və ölümdür.
 
Kremldə bunu yaxşı anlayırlar və təbii olaraq başa düşürlər ki, hətta Donbasda belə zaman tam sürətlə Rusiyaya qarşı işləyir. Putin üçün ən əlverişlisi münaqişəni dondurmaq və "DNR" və "LNR"-i «de fakto» qoruyub saxlamaqdır. Ki, 20 ildən artıqdır ki, Rusiya Azərbaycan, Gürcüstan və Moldaviyada yaratdığı dondurulmuş münaqişələrdən kifayət qədər bəhrələnir. Lakin elə G20 zirvə toplantısında Putinə qarşı aqressivliyi ilə seçilən İngiltərəninin baş naziri Kemeron açıq mətnlə Putinə bildirdi ki, Qərb Avropada dondurulmuş münaqişəyə dözməyəcək və Putin buna ümid etməsin. Yəni bütün hallarda Putin Donbasda dondurulmuş münaqişə deyil, Rusiyanın bütün resurslarını, istər siyasi, istər iqtisadi, istər hərbi resurslarını tükədən və Rusiyanın özünün ərazi bütövlüyü üçün təhlükəyə çevrilən isti savaşa çevrilir.
 
Elə bu üzdən də Avstraliydan qayıtdıqdan sonra Putin durmadan Ukraynanın NATO-ya üzv olmayacağı barədə qarantiya istəyir. Əslində Putin yaxşı başa düşür ki, gec, ya tez, Ukrayna NATO-ya üzv olacaq. Bu Ukraynada keçirilən son seçkilərdə də aydınca göründü. Hazırda isə Putin öz sifətini qoruya bilmək üçün Qərbdən məhz bu qarantiyanı tələb edir. Sabah isə nəyin olacağı bəlli deyil. Bu gün əsas olan Rusiyanın və Putinin Ukraynadan simalarını qoruyaraq çıxmasıdır və həyati məsələdir.
 
Avropa Birliynə qarşı Avrasiya İqtisadi Birliyi "ölü doğulub"
 
Putinin və Kremlin uzun illərdir üzərində çalışdığı layihə Avropa Birliynə qarşı Avrasiya İqtisadi Birliyidir. Daha əvvəllər Gömrük Birliyi olaraq alqılanan bu layihə son zamanlar Putinin yüksələn imperiya ambisiyaları nəticəsində keçmiş SSRİ-nin bərpası olaraq görülən Avrasiya İqtisadi Birliyi olaraq ortaya çıxdı. Ukraynada baş verən inqilab isə bu layihəninin qarşısının alınması üçün Qərb tərəfindən reallaşdırılan və Putinin planlarını doğurdan iflasa sürükləyən bir inqilab olaraq bilinir. Qərbin Ukraynanı Rusiyanın əlindən birdəfəlik və bir mənalı olaraq alması isə, Putinin bu layihəsinin faktiki olaraq iflası oldu. Bu isə Ptini özündən çıxaran və onu Krıma və Donbasa girməyi məcbur edən əsas faktor oldu.
 
Əslində Avrasiya İqtisadi Birliyi Rusyianın Böyük Çölə nəzarəti tam olaraq ələ almaq cəhdidir. Daha doğrusu cəhdi idi. Rusiyanın sonsuz gücü məhz Uzaq Şərqdən Çin Səddinə, Himalay və Pamir dağlarından Orta Asiyaya, Qafqaz dağlarına, Ural dağlarından Ukrayna və Macarıstan çöllərinə qədər uzanan Böyük Çölə sahib olmasından doğur. Hazırda ən az məskunlaşan bu geniş coğrafiyada dünyanın əsas strateji xammal bazası yerləşir. Son mərhələsini yaşayan Böyük Geosiyasi Savaşda məhz bu coğrafiyaya nəzarəti ələ keçirmək üçün gedir. 
 
İkinci Dünya Savaşından sonra bu coğrafiyay nəzarəti tam olaraq ələ keçirən Rus imperiyası "Soyuq savaş"ın nəticələri üzərinə bu corafiyanın önəmli hissəsini qeyb etdi. Putinin və Kreml ideoloqlarının əsas planı isə Qərblə, xüsusən də Avropa Birliyi dövlətləri ilə münasibətlərin qoruyub saxlanma konteksində Böyük Çölün keçmiş SSRİ-nin sərhədlərinə daxil olan ərazilərini yenidən tam nəzarətə götürməkdi. Avrasiya İqtisadi Birliyi bir geosiyasi iqtisadi layihə olaraq məhz bu konteksdə düşünülürdü. Faktiki olaraq Avrasiya İqtisadi Birliyi Kremlin keçmiş SSRİ zamanındakı statusunu bərpa etmək, daha doğrusu ikiqütblü dünya düzənini bərpa etmək planından başqa bir şey deyil. Təbii ki, Putinin bu niyyəti Vaşinqtondan və Avropanın bir çox siyasi mərkəzlərindən gizli qalması imkansızdı. Putinin yenidən Rusiyanı superdövlətə çevirmək cəhdi varsa da, Qərbində Rusianı tamamilə məhv etmək planı çoxdan işləmə qoyulub. Bunu indi Kremlin təbliğat ruporları dayanmadan bağırırlar və özlərini təmizə çıxarmaq, daha doğrusu rus dilli məkanda antiRusiya meyllərinin qarşısını almağa cəhd edirlər. Amma bunu o qədər birtərəfli və o qədər özlərinin imperialist maraqları çərçivəsində edirlər ki, ortaya sadəcə iyrənc bir şey çıxır və rus KİV-ləri sadəcə Rusiyadan kənar olan rus dilli auditoriüanın mədəsini bulandırırlar.
 
Keçmiş SSRİ-nin Rusiyadan sonra ən böyük respublikası Ukranya olmadan Putinin öz planını həyata keçirməsi isə imkansızdır və ruspərəst Yanukoviçin Ukraynada hakimiyyətə gəlməsi ilə Kremldə bu planın uğurla həyata keçməsi üçün ciddi ümidlər yaratmışdı. Bu üzdən də Putin son 3 ildə istər Azərbaycanda daxil olmaqla Rusiyanın tam nəzarətindən uzaq olan MDB ölkələrinə təzyiqləri maksimum artırdı, istərsə də, Qərblə daha kəskin dillə danışmağa üstünlük verdi. Amma Qərbin Ukraynada həyata keçirdiyi son inqilab Putini demək olar ki, "mat" vəziyyətində qoydu. Bundan sonra isə, Kreml və Putin daha çox reflekslərlə qərar verməyə başladılar ki, bu da Rusiyanın Dünya Birliyndən təcrid olunması üçün qapı açdı.
 
Putinin Avrasiya İqtisadi Birliyi layihəsi isə faktiki olaraq hazırda iflas etmiş durumdadır. Çünki Rusiya, Qazaxıstan, Belarusiya və Ermənistanı birləşdirən bu geosiyasi iqtisadi birlik Rusiyaya geosiyasi, iqtisadi və siyasi olaraq heç bir dividend vermir. Ona görə ki, bu ərazilər onsuz da, əvvəldən Kremlin tam nəzarəti altında idi və bu ölkələrlə faktiki olaraq Rusiyanın heç bir siyasi, iqtisadi, geosiyasi problemi yoxdu. Yəni Rusiya bu əraziləri istədiyi kimi idarə edirdi. 
 
Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın Ukraynada törətdikləri isə, bu ölkələri Rusiyadan daha da uzaqlaşdırdı. Nazarbayev və Lukaşenko özlərinə və idarə etdiklərə dövlətlərə qarşı açıq təhlükə hiss etdilər. Bu istər Qazaxıtan, istərsə də Belarus liderinin son açıqlamalarında da hiss olunmaqdadır. Ermənistanın tək məqsədi isə, Rusiyadan daha çox pul qoparmaqdır və ilk fürsətdə Ermənistan Rusiyaya arxa çevirəcək və hətta uzun illər boyu Rusiya ilə ittifaqa zorlandığını iddia edərək dəyən "maddi və mənəvi ziyana görə" Qərbdən siyasi və iqtisadi təzminat istəyəcək. 
 
Sanksiyaların tətbiq olunduğu şəraitdə isə Rusiya bazarı artıq Qazaxıstan və Belarus üçün maraqlı deyil və onlar üçün problemə çevrilir. Digər tərəfdən Belarus və Qazaxıstanın Rusiyanın Qərbə qarşı tətbiq etdiyi qadağlara qoşulmamsı bir daha Avropa Birliyindən fərqli olaraq Avrasiya İqtisadi Birliyində ümumi siyasi və iqtisadi maraqların olmadığını ortaya qoydu. Bu isə bir daha Putinin uzun illər boyu Avrasiya İqtisadi Birliyi adına «evcik-evcik» oynadığı anlamına gəldi. 
 
Avrasiya İqtisadi Birliyi əslində MDB kimi heç bir işə yaramayan və üzvlərə heç bir siyasi-iqtisadi dividend verməyən formal bir təşkilat olaraq görünür və bu elə belədir.
 
Avropadan təcrid olunmuş Rusiya iqtisadiyyatının isə uzun müddət davam gətirə biləcəyi heç də inandırıcı görünmür. Putinin Asiya və Latın Amerikası ölkələri ilə iqtisadi əlaqələr yaratmaq fikri isə, əslində blefdən başqa bir şey deyil. Çünki həmin ölkələr belə qabaqcıl texnologiynanı və keyfiyyətli malları məhz Qərbdən alırlar. Qlobal qarşıdurma olduğu zaman isə bu ölkələrin Rusiyaya qarşı olacağı heç kimdə şübhə doğurmamalıdır.
 
Nəzərə alınmalıdır ki, birinci "soyuq savaş" dönəmində Rusiyanın nəzarəti altında Avropanın yarısından çoxu, daha doğrusu indi şərti olaraq Qərb adlandırdığımız coğrafiyanın yarısı vardı və bu ölkələrin resursları da Rusiyanın tərəfində istifadə olunurdu. Amma buna baxmayraq Rusiya bu savaşı uduzdu. Daha doğrusu Qərb dəyərləri və Qərb iqtisadiyyatı rus kommunizmini darmadağın etdi.
 
 
Bu gün Rusiyanın ikinci "soyuq savaş"a girmək kimi bir lüksü belə yoxdur. Çünki Rusiya iqtisadiyyatı bu savaşa ancaq bir il dözə bilər və yuxarıda da qeyd olunduğu kimi Rusiyanın iqtisadi gücü ABŞAvropa Birliynin ümumi iqtisadi gücünün ancaq 1/20 səviyyəsindədir. İndiki texnoloji inkişaf şərtləri altında isə Rusianın Qərblə özü arasında dəmir pərdə endirməsi belə mümkün deyil. Tam izolyasiya Rusiyadakı inqilabi şəraiti daha da tezləşdirə bilər.
 
Çin Rusiyanın meydanı tərk etməsinə hazırlaşır
 
İlkin görünüşdə Rusiyanın Qərbə qarşı verdiyi qeyri-bərabər savaşda əsas strateji müttəfiqi Çin görünür. Putin hər vəchlə bunu nümayiş etdirməyə çalışır. Kremlin sahibi çalışır ki, rus xalqı onu Qərbə qarşı dəyirmanla savaşan Don Kixot misalında tək görməsin və elə buna görə də Çini Rusiyanın müttəfiqi olaraq göstərmək üçün bütün imkanlarını səfərbər edir. 
 
Amma bu heç də belə deyil. Çin Rusiyanın heç də müttəfiqi deyil, əksinə  böyük geosiyasi savaşda Rusiyanın ikinci böyük rəqibidir. Daha doğrusu Çin Rusiyanın supergücolaraq ortadan qalxmasına Qərbdən daha çox maraqlıdır. Bu istək isə, Çinin Böyük Çölə qarşı min illər boyunca apardığı geosiyasi savaşın davamı olaraq qəbul olunmalıdır. Ki, sabah Çin, Rus imperiyasının olmadığı böyük coğrafiyada ikinci, ya da üçüncü əsas aktyora çevriləcək. 
 
Son 300 il içində isə Çin Rusiyanın gölgəsində qalaraq dunya siyasətinin əsas aparıcı aktyoruna çevrilməkdən məhrum olub. Amma artıq şərtlər dəyişib. Əgər dünyada yenidən ikiqütblü sistem yaradılacaqsa, bu dəfə ikinci qütb Rusiya deyil, Çin olacaq. Çinin bunun üçün bütün potensialı var. Rusiya olmadıqdan sonra isə, artıq böyük geosiyasi savaşın mərkəzi halına gələn Sibirə və Mərkəzi Asiyaya Çinin nüfuz etmə imkanları daha böyükdür. Digər tərəfdən artıq uzun illərdir ki, Çinin strateji hədəflərindən biri Tundrada Çin koloniyaları yaratmaqdır. Bu layihə Çin üçün həyat əhəmiyyətli bir məsələdir. Çünki Çinin dünya əhalisinin təqribən ? hissəsini təşkil edən demoqrafik vəziyyəti və böyüyən iqtisadiyyatı ilə birlikdə artıq beynəlxalq siyasətin əsas problemlərindən birinə çevrilir. Məhz ortada qlobal Çin probleminin olması Qərbin Rusiyaya qarşı səbirli davranmasının əsasını təşkil edir. Amma bu Rusiyanın Qərbə meydan oxuması üçün şərtə çevrilməməlidir. Rusiya Qərbə daha açıq və Çinə daha qapalı olarsa, o zaman Qərblə müəyyən problemlərini çözə bilər. Amma Putin axar əksinə üzməkdə davam edir.
 
Ona görə də yaranmış vəztyyət, Rusiyanın kiçilməsi və böyük siyasətin əsas aktyoru rolunu itirməsi, Çinin işlərinə tamamilə yarayır. Çin Rus imperiyasının olmadığı şəraitdə özünü daha güclü və daha rahat hiss edəcək və Qərbi özü ilə təkcə Sakit Okean hövzəsində deyil, həmçinin Böyük Çöldə də Qərbi özü ilə razılaşmağa məcbur edə biləcək. 
 
Faktiki olaraq Çin hazırda Rus imperiyasının mirasını Qərblə bölüşməyə hazırlaşır və yəqin ki, buna maksimum nail olmaq üçün bütün imkanlarını səfərbər edəcək.
 
Putinin qorxulu röyası - Rəngli inqilab
 
Ötən həftəninin şənbə günü Rusiyanın xarici işlər naziri S.Lavrov maraqlı bir bəyanatla diqqət çəkdi. Rus diplomatiyasının rəhbəri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədinin Rusiyadakı rejimin dəyişdirilməsi olduğunu bildirdi. Bu bəyanat əslində Putinin Qərbin Rusiyada rəngli inqilab həyata keçirməsindən nə qədər narahat olduğunun gösricisi idi. Faktiki olaraq bu bəyanatla Kreml Qərbin Rusiyada rəngli inqilab etmək iqtidarında olduğunu etiraf etmiş oldu. Bu bəyanat həmçinin Rusiyanın Qərbin bu təhlükəsi qarşısında gücsüz olmasının etirafı kimi dəyərləndirilə bilər. 
 
Hər halda bu da bir faktdır ki, Rusiyanın hər hansı bir Qərb ölkəsində inqilab edə bilməsi mümkün deyil və bu da tərəflərin qarşılıqlı güc nümayişində əsas faktor olaraq çıxış etməkdədir ki, Rusiya belə bir ehtimalı dilə gətirməklə əslində Qərbin qarşısında nə qədər zəif durumda olmasını nümayiş etdirmiş oldu.
 
Xatırladaq ki, bu bəyanatda bir həftə əvvəl Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirmiş, ekstrizmə və rəngli inqilaba qarşı mübarizə bu iclasın əsas müzakirə mövzusu olmuşdu. İclasda Putin ekstrizmə və rəngli inqilaba qarşı mübarizəni bir nömrəli məsələ olaraq önə çıxararaq əslində təhlükəninin nə qədər böyük olduğunu nümayiş etdirmişdi. 
 
Ötən həftənin bazar günü isə, Putin Qərbə qarşı «dəmir pərdə» endirməyəcyini və bunun çöx təhlükəli və dağıdıcı olduğunu bildirdi. Putin Qərbin hansı addımlar atmasından asılı olmayaraq Rusiyanın dünyaya açıq olacağını bəyan etməsi bir daha Rusiyanın Qərbin qarşısında şərəfli bir şəkildə kaputilyasiya etməyə hazır olması kimi də alqılamaq mümkündür. Çünki Putin Rusiya cəmiyyətini son illər demokratik dəyərlərdən o qədər uzaqlaşdırıb ki, faktiki olaraq bu cəmiyyətdə inqilab üçün münbit zəmin yaradıb. Əslində isə bu gün heç bir avtoritar rejim rəngli inqilabdan sığortalanmayıb. 
 
Qərbin isə Rusiyada 20 ildə yerləşdirdiyi minaların harda və hansı şəraitdə partlayacağını heç kim bilmir, Kremil isə buna qarşı ancaq ehtimallarla mübarizə apara bilər. Doğrudur böyük maliyyə və biznes sahələrində olan Qərb yönümlü iş adamları Putin tərəfindən təhlükəsiz hala gətirilib. Rusiyaın tanınmış iş adamları olan, yəhudi əsilli Berezovskinin müammalı şəkildə ölməsi, Xodorkovskinin həbs olunması və sonra ölkədən qovulması buna misaldır. 
 
Lakin son 20 ildə Qərbin psixoloji olaraq rus xalqının beyninə köçməsi bu gün Putinin ən böyük müxalifətidir və Putinin faktiki olaraq bu müxalifətə qarşı effektli mübarizə aparması mümkün deyil. Çünki son 20 ildə ruslar daha çox komforta, dəbdəyə öyrəşib. Bu gün faktiki olaraq ruslar işləmək deyil, əylənmək istəyirlər. Onların əvəzinə isə bütün «qara işləri» bəyənmədikləri miqrantlar həyata keçirirlər. Buna görə də Putin yaxşı başa düşür ki, rusları geri, sovet dönəmindəki dözülməz həyat şəraitinə qaytarmaq mümkün deyil və bu birbaşa inqilaba açılan qapıdır. 
 
Elə Qərbin tətbiq etdiyi ufaq sanksyialar da bu özünü göstərdi. Ruslar Putinin Krımın və Donbasın əvəzinə onlardan əyləncə və komfortu almasını artıq həzm edə bilmirlər. Bu son zamanlar Krım eyforiyasından sonra Putinin zirvəyə ulaşan reytinqinin getdikcə aşağı düşməsində də hiss olunur. Putinin son illər ruslara aşıladığı «patriotizm» isə  əslində heç bir işə yaramaya bilər. Çünki ruslar artıq uzun illərin təcrübəsindən quru «patriotizm»lə qarın doymadığını və «patriotizm»in onlara ancaq zillət gətirdiyini və qula çevirdiyini gözəl bilirlər.
 
Ona görə də Ukraynada ciddi məğlubiyyətlə üzləşən Putinin eyforiya dağıldıqdan sonra rus xalqı tərəfindən lənətlənməsi ehtimalı daha böyükdür və bu da yaxın bir neçə ildə Rusiyada inqilab üçün zəmin hazırlayan faktora çevrilir. Qərblə artan gərginlik şəraitində davmlı olaraq mövqelərini itirən Putinin isə bu inqilabın qarşısını uğurla ala bilməsi isə, az inandırıcı görünür.
 
Rus imperiyası canvermə mərhələsini yaşayır
 
Bu gün Rusyiada hər bir böyük imperiyanın yaşadığı cançəkişmə prossesi yaşanır. Tarixçilər və böyük imperiyaların taleləri ilə maraqlananlar yaxşı bilirlər ki, hər bir imperiya tamamilə süqut etməmişdən öncə qısa bir zaman çərçivəsində yüksəliş dönəmi yaşayır, daha sonra isə bir mənalı olaraq süqut edir. 
 
Hazırda Rusiya «soyuq savaş» dönəmini böyük itkilərlə bitirdikdən sonra Putinin gətirdiyi canlanma və yüksəliş məhz Rus imperiyasının ölümdən əvvəl canlanma mərhələsidir və bu mərhələ qısa zaman kəsiyində də bitə bilər. Böyük ehtimalla Rusiya əsrimizin ikinci yarısına tamam fərqli bir coğrafiya ilə girəcək. Hər halda biz görməsək belə, əlli ildən sonra Rusiyada türk-müsəlman faktoru aparıcı faktora çevriləcək. Böyük Çöldə onlarla xırda türk dövlətlərinin yaranması təbii ki, həm Qərbin, həm də Çinin işinə yarayacaq. Bu dövlətlərin isə Qərbin təsir dairəsi altında olması və Çinin də müəyyən qədər bu dövlətlərə nüfuz etmək imkanları qaçınılmaz olacaq. Parçalanan Rusiyaının bu yeni dövlətlərə hansı səviyyədə təsir etməsi isə Rusiyaya yeni dünya düzənində ayrılan rola uyğun olacaq. 
 
Onu da xatırlatmaq yerinə düşər ki, Rusiyanın parçalanması üçün siyasi və iqtisadi şərtləri məhz Putin özü hazırlayıb. Çünki Putin silah və ordu gücünə Cənubi Oseytiyada, Abxaziyada, Dağlıq Qarabağda, Dnesryanı ölkədə və Donbasda separatizmi açıq şəkildə dəstəkləyir. Hətta vəziyyət o şəkildədir ki, bu bölgələrdə separatizmi məğlub etmək imkanları ortaya çıxdıqda, Putin həmin ərazilərə ordu yeridir və legitim hakimiyyətləri tankların altında əzimr. Bunun müqabilində isə Putin Çeçenistanın azadlıq mücadiləsini «terrorizm» adlandırır və bütün imkanları ilə bu azadlıq mücadiləsini qan içində boğur. 
 
Putinin bu millətçi-şovinist siyasətinin Rusiya üçün acınacaqlı tərəfi isə odur ki, Rusiyada separatizmə meylli olan onlarla subyekti var və bu subyektlər ilk fürsətdə Rusiyadan ayrılmaq üçün bütün imkanları dəyərləndirəcəklər. Ən aktiv subyektlər arasında isə, Rusiyaının siyasi mirasçısına çevrilə biləcək Tatarıstan Respublikasıdır. Şimali Qafqaz isə hələ də Putinin yuxularını qarışdırmaqda davam edir.
 
Yəni faktiki olaraq Putin Rusiyanın parçalanması üçün bütün siyasi şərtləri özü formalaşdırıb və «xalqların həbsxanası» olaraq bilinəbir ölkənin bu şəkildə siyasət yürüməsi üçün dünya iqtisadiyyatını və siyasətini idarə etmək qüdrətinə malik olmalıdr və artıq bu qüdrət Rusiyada olmadığına görə «Putin və Rusiya» Obamının təbirincə desək, «dünya təhlükəsizliynin bir nömrəli problemi»ndən başqa bir şey deyil.
Putin və ətrafı böyük ambisiyalarla çıxış edərkən bəlkə də Rus imperiyasının canvermə mərhələsində olduğunu tam olaraq anlamış deyildilər. Amma artıq anlamağa başlayıblar ki, bütün onların bütün ambisiyaları Rusiyaya qarşı silaha çevrilir. 
 
Son zamanlar Rusiya rəsmilərinin açıqlamaları da göstərir ki, Kreml zamanın onların əlyehinə necə sürətlə işləməsinin fərqindədir. Hazırda Kreml bu zamanı durdurmaq üçün bütün imkanlarını səfərbər edib. Amma bu da bir faktdır ki, Putinin və Kremlin bu cəhdlərini qədim zamanlardan bəri bir çox imperiyalar edib. Lakin onların cəhdləri uğursuz olub. 
 
Bunu bariz nümunəsi olaraq Roma imperiyasını, Bizans imperiyasını, Osmanlı imperiyasını, Böyük Hun imperiyasını, Atillanın Avropanı da içinə alan Böyük Çöldə yaratdığı inanılmaz gücə sahib olan Hun imperiyasını, Göytürk imperiyasını, Monqol imperiyasını, Qızıl Ordanı, və Teymur imperiyasını göstərmək olar.  (Bu siyahını böyütmək də mümükündür). Amma bütün bu imperiyaların hamısı tarixə çevrilib. Onları restavrasiya etmək cəhdləri isə həmişə uğursuz olub. Növbəti tarixə çevrilməkdə olan imperiya isə Rus imperiyasıdır.
 
Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar