Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP: “Erməni pilotlar Azərbaycanda dəfn edilsin”



“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”


Bu təklifi YAP-çı deputat Aydın Mirzəzadə edib.

Virtualaz.org xəbər verir ki, A.Mirzəzadə öz facebook səhifəsində yazıb ki, noyabrın 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm zamanı vurulmuş Ermənistan hərbi helokpteri məsələsi ətrafında proseslər səngimək bilmir.

“Düşdüyü çətin siyasi-dipliomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helikopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini açıq-aydın biruzə verir.

Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyitini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümüyiş etdirilir.

Düşmən olsalar da helikopterdə həlak olanlar insandır və onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”- deyə A.Mirzəzadə qeyd edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar