Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “JEK“ rəisləri zibilə görə cəzalandırıldı - Fotolar


22 və 64 saylı Mənzil Kommunal İstismar sahələrinin rəisləri məsuliyyətə cəlb edilib


Son illər ölkədə aparılan sosial-iqtisadi islahatlar çərçivəsində ətraf mühitin mühafizəsi, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. 

Lent.az-ın məlumatına görə, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikası prezidentinin 29 noyabr 2012-ci il tarixli fərmanı ilə daxili işlər orqanlarına İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmaq və qərar qəbul etmək səlahiyyəti verilib.

Ətraf mühitin mühafizəsi, sanitariya-gigiyena qaydalarına riayət edilməsi istiqamətində görülmüş bütün təşkilati tədbirlərə baxmayaraq müşahidələr göstərir ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən məişət tullantılarının tutumlardan (urnalar) kənar yerlərə atılması, onların qalaqlanması, süni zibilliklərin yaradılması hallarına hələ də rast gəlinir.

Məişət tullantıları üçün zəruri yerlərdə tutumların yerləşdirilməsi, tullantıların vaxtında daşınmasının təşkili Mənzil Kommunal İstismar sahələrinin bilavasitə xidməti vəzifələrinə daxil edilsə də, təəssüflər olsun ki, bəzi hallarda onlar tərəfindən buna tam əməl olunmaması məişət tullantılarının qalaqlanmasına, süni zibilliklərin yaranması ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birlikdə keçirdiyi tədbirlər zamanı Yasamal rayonundakı «Qanlı göl» adlanan ərazidə zibilliklərin yaranmasına, məişət tullantılarının qalaqlanmasına şərait yaratdıqlarına görə Rayon İcra Hakimiyyətinin 22 və 64 saylı Mənzil Kommunal İstismar sahələrinin rəisləri Məhəmməd Hüseynov və Rafiq Novruzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Eyni zamanda, Suraxanı rayonunda fəaliyyət göstərən «Zığ» gil yatağının jənub hissəsinə, Yasamal rayonunda isə «Qanlı göl» ərazisinə məişət və bərk tullantılar boşaltdıqlarına görə «Kamaz», «HOWO», «QAZ-3507» markalı yük avtomaşınların sürücüləri Rauf Məmmədov,Anar Mikayılov, Söcəddin Xurşudov Azad Musayev və KənanHüseynquliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Eləcə də məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə Sabunçu rayon sakini Mirqədir Əzimov, Binəqədi rayon sakini Məhiyəddin Balakişiyev, Xətai rayon sakini Mirhüseyn Sadıqov, Yasamal rayon sakini Rahil Məmmədov, Abşeron rayon sakinləri Təzəgül Ağayeva, Mirzəli Məmmədov, İlham Həmidov barəsində İnzibati Xətalar Məcəlləsininmövafiq maddəsi ilə protokollar tərtib olunub.

Ümumilikdə cari ilin ötən dövrü ərzində məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına, sanitariya-gigiyena qaydalarına riayət etmədiklərinə görə 2885 vətəndaş polis orqanları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Hazırda bu sahədə tədbirlər davam etdirilir.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar