Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərovun 2015 planları


Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının layihəsi işlənib hazırlanıb.


Ans Press-in məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov məlumat verib.

Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının layihəsi nazirliyin aparatı və strukturuna daxil olan qurumlar tərəfindən təqdim edilən müddəalar əsasında işlənib hazırlanıb və müvafiq vəzifəli şəxslər tərəfindən razılaşdırılıb.

Növbəti ildə qarşıda duran prioritet vəzifələr nazirliyin kadr potensialından səmərəli istifadə və peşəkarlıq səviyyəsinin artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması istiqamətində görülən işlər çərçivəsində dibdərinləşdirmə işlərinin davam etdirilməsi, su ehtiyatlarının qiymətləndirilməsi layihəsi üzrə işlərə başlanılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, bu istiqamətdə yeni layihələrin hazırlanması və həyata keçirilməsidir.

Bundan əlavə, iş planının layihəsində Bakı buxtasının təmizlənməsi layihəsi üzrə işlərə başlanılması, elektron xidmətlər göstərilməsi sahəsində işin təkmilləşdirilməsi və günün tələbləri səviyyəsində qurulması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi işinin davam etdirilməsi, qurumların maddi-texniki təchizat bazasının müasir standartlara uyğun şəkildə daha da gücləndirilməsi və ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının təhlükəsizliyinin aidiyyəti üzrə yüksək səviyyədə təmin edilməsi məsələləri əksini tapıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar