Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

14-cü kolonda nə baş verib?


14-cü kolondakı qiyama dair təfərrüat


1 məhbusun işgəncəylə öldürülməsi xəbəri var; Penitensiar Xidmət olayla bağlı məlumat yaydı...

14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verib. Məlumata görə, məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. 

Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib. İstiqamet.com-un yaydığı məlumatda qeyd olunur ki, narazılığa səbəb həmin müəsssisədə cəza çəkən 22 yaşlı Bakı sakini Adil adlı şəxsin (soyadını dəqiqləşdirə bilmədik) ölümüdür. Məhbuslar bildirirlər ki, məhbus aldığı işgəncələrdən sonra ölüb. Müəsssiədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə məhbusa qarşı kobud rəftara yol veriblər. Məhbusun meyiti bu gün (dekabrın 22-də) cəzaçəkmə müəssisəsindən çıxarılıb. Məhbuslar işgəncəyə etiraz olaraq ayağa qalxıblar.

Müəssisənin ətrafına çoxsaylı post patrul xidməti maşınları yerləşdirilib. Siyasi məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov,  jurnalist Sərdar Əlibəyli də orada saxlanılır. 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq müəssisə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi küləkli havada vəziyyət dözülməz olur.

Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu yazılı şəkildə cavablandırıb. Həmin cavabı təqdim edirik: “22.12.2014-cü il səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surtədə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb. Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır”.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 9-da da 14 saylı “zon”da qiyam baş vermişdi. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar