Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzənfər Ağayev Astara bulvarını məmurların hesabına tikir


Astarada inşa edilən dənizkənarı bulvar yerli idarə rəhbərlərinin və iş adamlarının probleminə çevrilib


Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Astara rayon icra başçısı Qəzənfər Ağayev dənizkənarı bulvarı büdcə təşkilatlarının və iş adamlarının hesabına inşa edir və bu da Astarada başçıdan ciddi narazılıq mənbəyinə çevrilib. 

Belə ki, şəhərin mərkəzində dənzikənarı sahil zolağında tikilən 8 hektarlıq bulvarda aparılan işlərə ayrılan pulların hara sərf olunması məlum olmasa da, Qəzənfər Ağayev möhtəşəm park bulvarını bəhanə edərək büdcə təşkilat rəhbərlərinin, kənd icra nümayəndələrinin və iş adamlarının üzərinə qoyub. Bundan başqa bulvar ərazisində fəaliyyət göstərəcək iaşə obyektləri indidən satışa qoyulub. Bulvarda çayxana, restoran və digər iaşə obyektləri işlətmək istəyən hər kəsdən pul alınır. Daha doğrusu həmin şəxslərdən tələb olunur ki, qabaqcadan yer pulu verməklə yanaşı iaşə obyektlərini də özləri inşa etsinlər. Qeyd edək ki, sözü gedən bulvar bu ilin birinci rübündə təhvil verilməlidir və elə buna görə də Qəzənfər Ağayev hər kəsi tələsdirir. Bunun üçünsə rayonun bütün idarə və müəssisə rəhbərlərinə, iş adamlarına təzyiqlər artırılır və tələblər isə günü-gündən böyüyür.

Bu barədə  məlumatlandıran mənbə bildirirki, Qəzənfər Ağayev büdcə təşkilatı rəhbərlərinin hər birindən 10 min, icra nümayəndələrindən 3-5 min arası, iş adamlarından isə 2 və 5 min manat arası pul toplayıb. Ümumilikdə isə icra başçısının 300 min manta yaxın vəsait topladığı iddia olunur. Qeyd olunur ki, İcra başçısının hesab yığma kampaniyasına isə daha çox iş adamları həvəslə yanaşıblar. Çünki park bulvar istifadəyə veriləndən sonra orada bir çox obyektlər açılacaq. Artıq bəzi böyük obyektlərlə bağlı Qəzənfər Ağayevlə razılaşmalar əldə olunduğu bildirilir. Amma yerli idarə və müəssisələrin rəhbərləri, xüsusəndə büdcə təşkilatlarının rəhbərləri icra başçısının bu kampaniyasından ciddi narazılıq edirlər. 

Qeyd edək ki, ümumi sahəsi 8 hektar olan park-bulvarda artıq 6 min metrdən çox sahilboyu əraziyə üzlük plitələr döşənib, həmçinin işıqlandırma sistemi qurulub başa çatdırılıb. Bundan başqa 600 kv.m sahədə iri tutumlu,müasir görünüşlü fontan inşa edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar