Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hüquq rəzaləti: Ombudsman aparatının sektor müdiri şəhid övladını həbs etdirdi


Bu gün Nizami rayon Məhkəməsinin hakimi Ramil Həsənov Şuşadan məcburi köçkün, Qarabağ döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğlu Samir Gəraylının həbs edilməsi ilə bağlı hökm verib


Bu barədə redaksiyamıza daxil olan məlumata görə, hakim Ombudsman Aparatının sektor müdiri, keçmiş hərbi prokuror Fəzail Həsənovun şikayəti əsasında belə sərt qərar verib: 

"Bir neçə ay əvvəl Samir Gəraylı Nizami rayonunda ehtiyatsızlıqdan qəza törədib. Qəzada Fəzail Həsənovun idarə etdiyi "Nissan" markalı maşınla toqquşma olub. Bundan əlavə, bir maşın da zədələnib. Həmçinin bir neçə ay öncə Fəzail Həsənovun göstərişi ilə Yasamal rayon polis idarəsinin yüksək rütbəli işçisi Samir Gəraylını yanına çağıraraq "ona hədə qorxu gələrək” sektor müdirinin istədiyi pulu təcili verməsini tələb edib. Ombudsman Aparatının əməkdaşı hətta bu hadisədən sonra Samir Gəraylını 2 sutka qanunsuz həbs də etdirib. Nizami rayon Polis İdarəsinin təqdimatı ilə barəsində 2 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi isə elə bugünkü hökmü verən Ramil Həsənov tərəfindən təmin olunmayıb. 

Amma hakim bu dəfə nə Samirin ailə durumuna, nə şəhid övladı, nə də məcburi köçkün və şəhid ailəsi olmalarına rəğmən hələ də evsiz, yəni kirayələrdə yaşamalarına, maddi durumlarının ağır olmasına da məhəl qoymayaraq, ekspertizadan alınan saxta rəyə əsaslanaraq, sərt hökm verib. Hökmə görə Samir Gəraylı 1 il 3 ay həbsə məhkum olunmaqla yanaşı, ombudsmanın əməkdaşına 12200 manat zərər + 2 min manat (mənəvi təzminat), digər köhnə maşına görə isə əlavə 2600 manat ödəməlidir. Halbuki, həmin maşınların nə sığortası ödənişi, nə də əziləndən sonra Fəzail Həsənovun  maşınını satıb qazanc əldə etməsi faktı hökmdə nəzərə alınmayıb. Bununla yanaşı, ümumiyyətlə dəyən zərərin o qədər olmasının faktiki mümkün olmamasını nəzərə almadan, hakim keçmiş hərbi prokuror olduğu deyilən Fəzail Həsənovun hansı yolla və necə aldığı bizə məlum olmayan saxta rəy və iddialarına qanuni don geyindirməkdən çəkinməyib. Bundan əlavə, hakim hökmü verərkən, ombudsman aparatının əməkdaşına 6 min dollar ödənilməsi və dəyən zərərin hissə-hissə ödənilməsi kimi xoş niyyətləri də nəzərə almayıb. O, sadəcə aparat əməkdaşınn diqtəsindən kənara çxa bilmədi". 






Məhkəmə prosesində Fəzail Həsənov Samir Gəraylının daha ağır cəza verilməsi ilə bağlı vəsadət qaldırsa da, prokuror sektor müdirinin istəyinin mümkünsüz olduğunu bildirib. 

Samir Gəraylının yaxınları bildirir ki, hökmdən apellyasiya şikayəti veriləcək. Eyni zamanda, Prezident İlham Əliyevin qəbuluna gedəcəklər: 

"Samirin atası şəhid olub, bacısı bir neçə ildir ailəsinin min bir əziyyəti borc xərci ilə Azərbaycandan kənarda müalicə olunur. Evi, torpağı düşmən tapdağı altındadır. Şəhid ailəsi və evsiz olmalarına baxmayaraq, 21 ildir evlə də təmin olunmayıblar. Bununla bağlı nə Şuşa şəhər İcra Hakimiyyəti, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir edilən müraciətlərə də məhəl qoymayıblar. İndisə Nizami Rayon Məhkəməsinin hakimi Ramil Həsənov Fəzail Həsənovla birləşərək, ailəni daha ağır şərtlərlə cəzalandırıblar. Bu hökm şəhid Sabir Gəraylının ailəsinin kökünü qurutmaqdan başqa bir şey deyil”. 

Mia.az-a verilən məlumata görə, Samirin çarəsiz qalan anası yeganə övladına belə ağır hökmə etiraz olaraq, rəsmi qurumlara da müraciət edəcək.(mia.az)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar