Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya azərbaycanlıları Abbas Abbasova üsyan etdilər - Video


Söyün Sadıqov onun hərəkətlərinə etiraz əlaməti olaraq "AzərRos"dan getdiyini bəyan etdi Diaspor liderləri: "Allah bizi- Rusiya azərbaycanlılarını onun əməllərindən qorusun"


Bu gün Moskvada Rusiya Millətlər Assambleyasının iclasında qalmaqal yaşanıb. 

PİA.AZ moderator.az-a istinadən xəbər verir ki, "AzərRos" Federal Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti, Rusiya Millətlər Assambleyasının məsləhətçisi Söyün Sadıkov Assambleyanın rəhbəri Svetlana Smirnovadan sonra çıxış edərək, kəskin bəyanatla çıxış edib və Assambleyadan getməsini bildirib. Bunun səbəbini açıqlayaraq Söyün Sadıkov qeyd edib ki, 17 yanvar tarixində keçirilmiş qurultaya Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının müdaxiləsi və milli siyasətə cavabdehlik daşıyan ayrı-ayrı məsul məmurların məsələyə laqeyd yanaşmasına görə qurultayın baş tutmaması təhlükəsi yaranmışdı. Lakin buna baxmayaraq qurultay baş tutub.

Bundan sonra zalda əyləşən iclas iştirakçıları "AzərRos"un fəxri prezidenti Söyün Sadıqovun getməsinin əleyhinə çıxış ediblər. Lakin Söyün Sadıqov bildirib ki, Rusiya tərəfi "AzərRos"da baş verənlərlə bağlı sərt mövqe bildirməli idi, Azərbaycan cəmiyyətini dəstəkləməli idi. Söyün Sadıqovun sözlərinə görə bundan sonra onun Assambleyada qalması qeyri-mümkündür.
 
Lakin Söyün Sadıqov bildirib ki, Assambleyada onun çoxlu dostları və hörmət etdiyi insanlar var. Assambleyanın "AzərRos"un qurultayında baş verənlərə reaksiya verməməsi ictimaiyyətin öz hüquqlarını qorumağa qadir olmadığını göstərir:
 "Zənnimcə mənim Assambleyadan getməyim hamını Rusiya ictimai həyatında tutduğu yer və apardığı rol barədə düşünməyə məcbur edəcək"-deyə, Söyün Sadıqov bildirib. Həmçinin o qeyd edib ki, öz milləti-azərbaycanlıları və vətəni Rusiyanı sevir və heç kəsə imkan verməyəcək ki, onları ələ salsınlar.

Baş vermiş olay və Söyün Sadıkovun gözlənilməz bəyanatla çıxış etməsini nəzərə alaraq Moderator.az əməkdaşı "AzərRos"un fəal üzvləri ilə əlaqə saxlayaraq baş verənlərə münasibət bildirmələrini xahiş edib.
 Hamı bir səslə Söyün Sadıqovun qəhrəmancasına atdığı addımını qeyd edərək onun doğru yola döndüyünü alqışladıqlarını bildiriblər:

"Qurultay iştirakçılarına qarşı Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının göndərilməsi Abbas Abbasovun sifarişi və məkrli addımı olduğu hamıya artıq məlumdur. Abbas Abbasovun şəxsi maraqlarını milli maraqlardan üstün tutduğu artıq sirr deyil. Allah bizi- Rusiya azərbaycanlılarını onun əməllərindən qorusun. Qurultaydan sonra qurultay iştirakçılarına qarşı Rusiya hüquq-mühafizə orqanlarına şər, böhtan xarakterli məktublar göndərilir, bir çoxları quldurlar vasitəsilə hədələnir, o cümlədən Moskavada fəaliyyət göstərən "Şəhriyar" Cəmiyətinin üzvləri, ağsaqqalar, yazıçılar və şairlərə hədə-qorxu gəlirlər. Amma biz Abbas Abbasovun aləti olmayacağıq".

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar