Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nemtsovun qətli ilə bağlı əsas versiyalar açıqlandı


Müxalifətçinin “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyinə görə qətlə yetirildiyi də istisna olunmur


Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin müxalifətçi Boris Nemtsovun ölümü ilə bağlı əsas versiyaları açıqlayıb.
 
APA qurumun rəsmi saytında yer alan məlumata istinadən bildirir ki, onların arasında islam-ekstremizmin izləri ilə bağlı versiya da var.
 
B. Nemtsovun Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyinə görə təhdidlər alıb. Araşdırmalara əsasən qətlə səbəb Rusiyada siyasi sabitliyi pozmaq üçün təxribat ola bilər.
 
Həmçinin Rusiya İstintaq Komitəsi müxalifətçilərin ölümünə səbəblər arasında Ukraynadakı vəziyyəti, o cümlədən Boris Nemtsovun kommersiya fəaliyyətini və ya şəxsi düşmənçilik versiyalarını nəzərdən keçirir.
 
V. Markinin sözlərinə görə, aparılan araşdırmalar zamanı müəyyən nəticələr əldə olunub. O bildirib ki, Nemtsovun yanında olan xanımla yanaşı hadisə şahidi olmuş digər şəxslər sorğu-suala cəlb ediliblər: “Mütəxəssislər cinayət anından əvvəl və sonrakı telefon danışıqlarının detallarını araşdırırlar. Hazırda Boris Nemtsovun hərəkət marşrutu üzrə müşahidə kameraları öyrənilir. Ehtimallara əsasən, atəş “Makarov” tipli tapançadan açılıb. Hadisə yerinə baxış zamanı 9 mm kalibrli 6 ədəd giliz aşkar edilib. Məlum olub ki, tapançanın sandığı müxtəlif güllələrlə doldurulub”.
 
O həmçinin qeyd edib ki, cinayəti törədən şəxs B. Nemtsovun hərəkət marşrutundan xəbərdar olub, cinayət incəliklə planlaşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar