Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda etiraz aksiyası: Sakinlər İcra Hakimiyyətinə yürüş etdi


Göylər kəndinin 200-ə yaxın sakini icra nümayəndəsinin işdən çıxarılması və yollarının bərbad olmasına etiraz ediblər


Bu gün Şamaxı İcra Hakimiyyətinin binası önündə etiraz aksiyası keçirilib. 

Verilən məlumata görə, 200-ə yaxın rayonun Göylər kəndinin sakinləri İcra Hakimiyyəti binasının önünə toplaşaraq, icra başçısı ilə görüşmək istədiklərini bildiriblər. 

Onlar üzləşdikləri yol problemi və kəndin icra nümayəndəsi Xəlilovun işdən çıxarılmasına etiraz ediblər. Lakin icra başçısı Asif Ağayev onları qəbul etməkdən imtina edib. Əvəzində polis rəisini önə verərək, etirazçılarla onun görüşməsini istəyib. Polis rəisi isə Göylər kəndinin sakinlərini qəbul edərək, onların problemlərini dinləyib və məsələlərin həllinə yardımçı olacağını bildirib. 

Etirazçılar bildiriblər ki, Şamaxıda idarəçilik tamamilə nəzarətdən çıxıb. Buna səbəb kimi isə icra başçısının işdə tapılmaması, rayonda özbaşınalıq üçün şərait yaratmasını göstəriblər. "İcra başçısının müavini Qasımov rayonu idarə edən şəxsdir. Elə icra başçısı da ondan çəkinir. Çünki müavinin arxasında duran şəxs yüksək vəzifədə çalışanlardan biridir. Bunu özü də açıq şəkildə bəyan edir".(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar