Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva Avropa oyunların medal tərtibatının təqdimatında


Bu gün Bakı 2015 Avropa Oyunları bu ilin 12-28 iyun tarixləri arasında keçiriləcək ilk Oyunların medal tərtibatını təqdim etməklə Oyunlaradək qalan 100 günlük gerisayımın başladığını qeyd edib


 Bakı 2015 həmçinin uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlərin pulsuz olacağını, böyüklər üçün isə biletlərin münasib qiymətə satışa çıxarılacağını elan edib. 

Yeni tərtibatlı Bakı 2015 internet səhifəsi də istifadəyə verilib. Tədbirdə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib. 

Bu gün təqdim olunan qızıl, gümüş və bürünc medalların üzərində dekorativ Bakı 2015 brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub. Mərkəzində Bakı 2015 loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medallarn tərtibatı Soçi 2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamas-la Azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Azərbaycanın Gənclər və İdman naziri və Bakı 2015 Oyunlarının baş icraçı direktoru cənab Azad Rəhimov çıxışında bildirib: “Birinci Avropa Oyunları idmançılarının nailiyyətlərini bu tədbirin özü kimi unikal medal tərtibatı ilə mükafatlandırmaq hər zamankı məqsədimiz olmuşdur. Oyunların başlamasına sadəcə 100 gün qalıb və mən əminəm ki, bu möhtəşəm medallar idmançılara ilham verəcək və iyunda baş tutacaq yarışlara gerisayımın başladığı bir müddətdə ictimaiyyətin marağını daha da artıracaq”.

Bakı 2015 bu gün həm də birinci Avropa Oyunları üçün bilet siyasətinə açıqlıq gətirdi. Böyüklər üçün idman yarışlarına biletlərin qiymət aralığı yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq 2-5 manat təşkil edəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində etibarlı biletləri olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər. (qafqazinfo.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar