Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB direktoru və Azərbaycan prezidentinin səfəri ilə eyni gündə iki naziri istefa verdi


Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana martın 4-də etdiyi səfərlə eyni gündə bu ölkə hökumətində müəmmalı hadisələr baş verir


Virtualaz.org saytı bolqar KİV-lərinə istinadən xəbər verir ki, həmin gün ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Komi də Sofiyaya səfər edib.

FTB direktoru Bolqarıstan baş naziri Boyko Borisovla onun Azərbaycan prezidenti ilə danışıqlarının başa çatmasından bir saat sonra görüşüb. Rəsmi məlumata əsasən görüşdə korrupsiyaya qarşı mübarizə və digər məsələlər müzakirə olunub.


Boyko Borisov

Bu görüşdən az sonra heç kimin gözləmədiyi halda daxili işlər naziri Veselin Vuçkov istefa verdiyini elan edib. İstefanın səbəbləri açıqlanmayıb.

Amma mətbuatda belə xəbərlər yayılıb ki, Veselin Vuçkov Daxili İşlər Nazirliyinin baş katibi Svetlozar Lazarovun və Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin (DANS) sədri Vladislav Pisançevin vəzifələrindən uzaqlaşdırılmasını tələb edirmiş.


Ceyms Komi

Bolqar mətbuatı daxili işlər nazirinin Azərbaycan prezidentinin və FTB direktorunun Sofiyaya səfərləri ilə eyni gündə istefa verməsini “olduqca yersiz” adlandırıb.

Bolqarıstanın hakim partiyasının sədr müavini Tsvetan Tsvetanov da parlamentin kuluarlarında daxili işlər nazirinin bu cür yüksək rütbəli xarici qonaqların səfəri ilə eyni gündə istefa verməsinin “olduqca yersiz” olduğunu deyib.


Svetlozar Lazarov

T.Tsvetanov deyib ki, baş nazirlə bu haqda söhbət edib və onlar belə qənaətə gəliblər ki, Vuçkovun istefasına görə bu mühüm səfərlər informasiya axınında “axıb getdi”.

Həmin gün axşam baş nazir Boyko Borisov parlamentdə daxili işlər naziri postuna baş nazirin müavini Rumyan Bıçvarovun namizədliyini təqdim edib. Həmçinin Lazarov və Pisançevi istefa verməyə çağırıb. Baş nazir bildirib ki, Lazarov artıq onunla telefonla danışıb və istefa verəcəyini bildirib.

Lazarov istefa ərizəsini martın 5-də baş nazirə təqdim edib. Bu gün martın 6-da isə DANS sədri Vladimir Pisançev istefa ərizəsi verib. Hər iki ərizə baş nazir tərəfindən təsdiqlənib.

pia.az


Vladislav Pisançev



Veselin Vuçkov


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar