Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx və dini icma liderlərindən dünya ictimaiyyətinə 31 mart müraciəti


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç ermənilər tərəfindən törədilən 31 mart soyqırımının ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar


APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, 200 ildən artıqdır erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılır:
 
“Bu siyasətin əsas məqsədi azərbaycanlıları əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində 114 min kv. km olan Azərbaycan torpaqları erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv. km-ə qədər azalıb. Qarabağ və ətraf rayonların son işğalından sonra ərazilərimizin 20 faizi zəbt olunub. Azərbaycan torpaqları ikiyə bölünüb. 1905-1918-ci illərdə ermənilər tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, tarixi mədəniyyət abidələri və məscidlər dağıdılıb. Azərbaycanın Zəngəzur bölgəsi heç bir əsas olmadan Ermənistan kimi süni yaradılmış dövlətə verildi. Dağlıq Qarabağda muxtariyyət yaradıldı. 1948-53-cü illərdə Ermənistan ərazisindəki azərbaycanlılar öz ata-baba yurdlarından zorla kütləvi halda qovuldular. Nəticədə indiki Ermənistan Respublikası yaradıldı. 80-ci illərin sonunda isə Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra yenidən 250 mindən artıq azərbaycanlı Ermənistandakı doğma yurdlarından didərgin salındılar. Azərbaycanın yenidən 20 faiz ərazisi ermənilər tərəfindən işğal olundu. İşğal olunmuş ərazilərdə vandalizm həyata keçirildi. Görkəmli xadimi Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu faciələr dünya ictimaiyyətinə çatdırıldı. 31 mart soyqırımı Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla rəsmi soyqırım günü kimi qeyd olunmağa başladı. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul etdi, amma Ermənistan o qətnamələrə hələ də məhəl qoymur. Biz dini ictimaiyyətin nümayəndələri müraciət edərək, sizi erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun!”



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar