Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülağa Aslanlı: “Tofiq Yaqublunun tələbi hələ ciddi məsələ deyil”



“Aprel ayında Müsavat Partiyası mitinq keçirtməkdə qərarlıdır”


“Ola bilər ki bu gün və yaxud da bu günlərdə mitinqin gününün təyin olunması haqqında qərar qəbul olunsun”

Bu sözləri Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı PİA.AZ-ın əməkdaşının Müsavat Partiyasının yaxın zamanlarda mitinq keçirib-keçirməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. Qeyd edək ki, Müsavat Partiyasının son məclisində Partiyanın mitinq keçiriməsi ilə bağlı məsələ müzakirə obyekti olub və son zamanlar müsavatçılar sosial şəbəkədə mitinq keçirəcəkləri ilə bağlı məlumatlar paylaşırlar. 

Gülağa Aslanlı bildirib ki, Müsavat partiyası aprel ayında mitinq keçirtməkdə qərarlıdır:

Müsavat Partiyasının sonuncu məclisində aprel ayında mitinq keçirmək haqqında razılıq əldə olunub. Aprel ayında mitinq keçirilməsi ilə bağlı mitinq komitəsi də yaradılıb və mitinqin gününün təyin olunması məsələsi isə müzakirə olunur. Ola bilər ki bu gün və yaxud da bu günlərdə mitinqin gününün təyin olunması haqqında qərar qəbul olunsun. Hər halda aprel ayında Müsavat Partiyası mitinq keçirtməkdə israrlıdır”. 

Müsavat Partiyasının funsioneri bildirib ki, mitinqdə  onların iki əsas tələbi olacaq:

“1. Siyasi məhbuslara azadlıq tələbi. Bu məsələ yenə də gündəmdədir. Çünki əhv fərmanı da o məsələnin demək olar ki, heç yaxınına da getmədi.

2. Manatın ucuzlaşması mövzusu ilə bağlı əhalının rifahının yaxşılaşması tələbləri də qoyulacaq”. 

Eyni zamanda Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, hazırda həbsdə olan Müsavat fəalı Tofiq Yaqublunun  Siyasi Məhbuslarla bağlı İşçi Qrupun istefasını tələb etməsi məsələsinə də aydınlıq gətirib:

“Tofiq Yaqublunun İşçi Qrupunu istefaya tələb etməsi məsələsi hələ o dərəcədə ciddi şəkildə deyil. Bu məsələ o adamların özlərinə müraciət formasındadır. Ona görə də bu məsələ hələ Müsavat Partiyasında müzakirə olunmayıb”. 


Qeyd edək ki, Tofiq Yaqublu Siyasi Məhbuslarla bağlı İşçi Qrupun istefasını tələb edib. Hazırda İsmayıllı hadisələrinə görə həbsdə olan Tofiq Yaqublu bildirib ki, bəzi hüquq müdafiəçilərinin hələ də İşçi Qrupunda fəaliyyət göstərmələri çox üzücüdür:

"Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı ölkədə kifayət qədər tanınmış və xeyli əməyi olan hüquq müdafiəçiləridir. Ancaq onların hələ də İşçi Qrupunda qalmaları çox üzücüdür. Mən təklif edirəm ki, həmin hüquq müdafiəçiləri İşçi Qrupunu tərk etsinlər. Çünki artıq neçənci dəfədir ki, onlarin siyasi məhbuslarla bağlı tələblərinə məhəl qoyulmur və hakimiyyət onlarla oynayır. Artıq orada qalmağın mənası yoxdur. Mən bu təklifi keçən dəfə də etmişdim”.

Məsələ ilə bağlı PİA.AZ-ın əməkdaşları hüquq müdafəiçiləri Mirvari Qəhrəmanlı və Novella Cəfəroğlu ilə əlaqə saxlayıb. Mirvari Qəhrəmanlı bildirib ki, hazırda ölkədə deyil, Novella Cəfəroğlu isə Ankarada olduğunu deyib və buna görə də ancaq Bakıya qayıtdıqdan sonra nəsə deyə bilərlər.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar