Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayın yeni icra başçısının «xərac» sistemi


Mübariz Ağayev «Avropa Oyunları» üçün məmurlardan pul toplayır


Göyçaydan AzFakt.com-a daxil olan məlumata görə rayona yeni təyin olunmuş icra başçısı Mübariz Ağayev məmurlardan Bakıda keçiriləcək «Avropa Oyunları» üçün pul toplamağa başlayıb. 

Daxil olan şikayətə əsasən icra başçısı 25 kənd icra nümayəndəsinin hər birindən 3 min manat, rayon Təhsil şöbəsi müdirindən 10 min, mədəniyyət və Turizm İdarəsi müdirindən 10 min, Maliyyə İdarəsinin müdirindən 15 min, Yol İstismar İdarəsinin müdirindən 10 min, Suvarma Sistemləri İdarəsi müdirndən 10 min, rayon Mərkəzi Xəstəxanasının baş həkimindən 10 min, rayon Gənclər və İdman idarəsinin müdirindən 5 min, Komunnal Təəsrrüfat İdarəsi müdirindən 3 min, Göyçay şəhər icra nümayəndəsindən 10 min, ümumilikdə isə 160 min manatdan ariıq vəsait yığıb. 

Daxil olan məlumatda qeyd olunur ki, Mübariz Ağayev bəzi bələdiyyə sədrlərindən də müəyyən məbləğdə pul alıb. Bundan başqa, iddiaya əsasən Mübariz Ağayev fevral ayında rayondakı sahibkarlarla görüş keçirdikdən sonra köməkçisi vasitəsi ilə onların hər birindən 1000 manatdan 5 min manata qədər vəsait yığdırıb. Başçı köməkçisi açıq aşkar sahibkarlara deyib ki,  «Mübariz müəllim Göyçayı abadlaşdırmağa, düzəltməyə gəlib və buna görə də sahibkarlar başçıya maddi kömək göstərməlidirlər. Başçının köməkçisinin rayon mərkəzini küçə-küçə sahibkarlar arasında «bölüşdürdüyü» bildirilir. Hər bir sahibkar öz payına düşən «sektorun» abalaşdırılması xərclərini ödəməlidir. Əks təqdirdə həmin sahibkarların ərazidə çalışmasının mümkün olmayacağı bildirilib. İcra başçısının köməkçisi sahibkarlara açıq şəkildə deyib ki, kim işləmək istəyirsə, rayonun abadlığı üçün başladılan işlərdə “fəal” iştirak etməlidir.

Artıq rayon mərkəzində boş qalan torpaq sahələrinin bir qisminin icra başçısı tərəfindən bir neçə sahibkara satıldığı qeyd olunur. 

Adının çəkilməsini istəməyən sahibkar iddia edir ki, Mübariz Ağayev rayonda aparılacaq olan abadlıq işlərinin əsas hissəsini məmurların və güclə dolanışıqlarını çıxaran sahibkarların üzərinə qoymala,  dövlət büdcəsindən gələcəkdə ayrılacaq külli miqdarda vəsaiti nəğd şəkildə cibinə mənimsəmək istəyir. 

Buna baxmayvaraq ən maraqlı məqam icra başçısının Bakıda keçiriləcək Avropa Olimpiadası adı alıtnda məmurlardan hesab yığmasıdır. Şikayətçi tərəf sual edir ki, ölkə prezidenti cənab İlham Əliyev Avropa Olimpiya oyunlarının keçirilməsi üçün büdcədən kifayət qədər vəsait ayırdığı halda Mübariz Ağayev hansı adla bu vəsaiti yığıb? 
Şikayətçilərin fikrincə əslində məsələ heç də Mübariz Ağayevin təqdim etdiyi kimi deyil.  Çünki dövlətimiz olimpiadanı keçirtmək üçün kifayət qədər vəsaiti var. Mübariz Ağayev kimi məmur bundan istifadə dərək fürsətdi deyərək cibini doldurmağa çalışır.

Yazıda səslənən iddialara bağlı Göyçay İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar