Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

31 Mart - Azərbaycanlıların Soyqırımından 97 il ötür - Fotolar


Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından artıq 97 il ötür


31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı həm ölkədə, həm də dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.

Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova  bəyanat yayıb. Bəyanat BMT-nin baş katibinə, onun müavininə, təşkilatın insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.



ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası da 2015-ci il 31 mart tarixinin azərbaycanlılara qarşı soyqırımın qurbanlarının xatirə günü kimi müəyyən olunması ilə bağlı qətnamə qəbul edib. Qətnaməni Nyu-Cersi ştatı parlamentinin üzvü Şila Oliver təqdim edib. Assambleyanın sədri Vinsent Priyetonun imzaladığı sənəddə Azərbaycanlıların Soyqırımının 97-ci ildönümünün qeyd edildiyi bildirilir. Qətnamədə deyilir ki, 1918-ci ilin 31 mart hadisələri dünya tarixində ən çox pislənilən qanlı cinayətlərdən biridir.

O da bildirilir ki, Azərbaycanlıların Soyqırımı son illərdə ABŞ-ın bir neçə ştatında qətnamə və proklamasiyalar ilə tanınıb. Amerika-Azərbaycan Cəmiyyətinin və “Pax Turcica” İnstitutunun səyləri ilə Nyu-York ştatının Senatı 1918-ci ildə ermənilər tərəfindən törədilmiş Azərbaycanlıların Soyqırımını tanıyan J3784 nömrəli qətnaməni 2012-ci ildə, Nyu-Cersi ştatının Assambleyası isə analoji sənədi 2013-cü ildə qəbul edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyası nəticəsində Azərbaycanlıların Soyqırımı Nevada ştatının qubernatorları Cim Qibsonun və Brayan Sandavalın 2009-2011-ci illərdə üç rəsmi proklamasiyası və 2011-ci ildə Texas ştatında konqresmen Con Zervasın qətnaməsi ilə də tanınıb.



31 Mart soyqırımı ilə əlaqədar Ankarada da özəl toplantı keçiriləcək. Bu barədə TRT-nin Bakı nümayəndəliyinin rəhbərliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, tədbirə Azərbaycandan diaspor ilə iş üzrə səlahiyyətli nümayəndə Valeh Haciyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq. Tədbirdə “Karabağın sessiz çığlığı” adlı sənədli film nümayiş olunacaq.

Xatırlaqdaq ki, 1918-ci ilin mart ayından etibarən ermənilər minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, günahsız insanları amansızcasına qətlə yetiriblər. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib.

Azərbaycanlıların Soyqırımı əsasən Bakı, Şamaxı, Quba, KürdəmirSalyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırım hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur.



Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan edib, erməni hərbi dəstələri 122 kəndi yandıraraq, 60 kişi, qadın və uşağı qətlə yetirib. Burada tapılan saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq, Qubada Soyqırımı Memorial Kompleksi yaradılıb. 

Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb.
Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri və ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb.

Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını alıb. İslam Ordusu bu qanlı hadisələrin qarşısını alarkən 1100 əsgər, 30 zabit qurban verib.

Azərbaycan tarixinə qara hərflərlə yazılan 31 mart 1998-ci il martın 26-dan etibarən Soyqırım Günü kimi qeyd edilir.
 
Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ən çox oxunanalar