Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan MN: “Ermənilərin vəziyyəti ümidsizdir“



“Azərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistanda baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir”


Azərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistan Respublikasında baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir. Bu yaxınlarda “Dağlıq Qarabağın müdafiə naziri” Movses Akopyanın telefon danışığının audio yazısının ictimailəşməsi bunun əyani sübutudur”.
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Mətbuat xidmətindən qeyd olunub ki, erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir: “Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistan Respublikasında, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçu Andranik Qriqoryanın səsləndirdiyi fikirlərdir”.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusunun cəbhə bölgəsində ciddi itkilər verdiyini bu il ərzində bir neçə dəfə açıqlayıb. Ermənistan rəsmi qurumları isə yalnız bu ölkənin vətəndaşı olanlarla bağlı itkiləri açıqlayır, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdikləri əhali arasından hərbi xidmətə çağırılanlarla bağlı məlumatları isə KİV-dən və erməni ictimaiyyətindən gizlədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar