Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar müəllim də futbol millimizə məşqçi göndərilsin» - Rəylər


Ədəbiyyatçılar və futbol mütəxəssisləri Çingiz Abdullayevin "Neftçi" klubunun Müşahidə Şurasına sədr gətirilməsini necə dəyərləndirirlər?


Natiq Muxtarlı: "Futbol dünyasında olduqca amansız cinayətkarlar, saxtakarlar, dələduzlar var. Yaradıcılıq baxımdan Abdullayevin bəxti gətirib"

Dünən tanınmış yazıçı, dünya şöhrətli detektiv ustası Çingiz Abdullayevin ölkənin ən qocaman və ən tanınmış klubu olan "Neftçi" klubunun Müşahidə Şurasına sədr gətirilməsi ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Bəziləri üçün tanınmış ədəbiyyat nümayəndəsinin "Neftçi" klubunun Müşahidə Şurasına sədr gətirilməsini anormal olaraq qarşılayır, bəziləri isə Çingiz Abdullayevin yeni təyinatını normal və effektli təyinat olaraq dəyərləndirirlər.

PİA.AZ-ın əməkdaşı Çingiz Abdullayevin "Neftçi" klubunun Müşahidə Şurasına sədr gətirilməsi ilə bağlı tanınmış ədəbiyyat və idman adamlarının fikirlərini öyrənib. 

Qan Turalı: "Neftçi mənim sevimli komandamdır"


Qan Turalı ("Kulis" internet dərgisinin baş redaktoru, yazar): "Çingiz Abdullayevə uğurlar arzulayıram. Ümid edirəm ki, uğur qazanacaq. Neftçi mənim sevimli komandamdır".








Mirmehdi Ağaoğlu: "Guya AFFA-nın prezidenti futbolçudur? "


Mirmehdi Ağaoğlu (Yazar): "Çingiz Abdullayev mütərəqqi, yenilikçi adam təəssüratı yaradır. Yəqin futbolla əlaqədar dünyada baş verən yeniliklərdən nəsə əxz edib rəhbərlik etdiyi klubda tətbiq etməyə çalışar. Sualınızın ikinci hissəsinə gəlincə, guya AFFA-nın prezidenti futbolçudur? Əlbəttə yox. Heç dünyanın bir çox ölkələrində futbol klublarının rəhbəri idman adamı deyil".

Cəlil Cavansir: "Arzu edərdim ki, Anar müəllimi də günlərin bir günü futbol millimizə məşqçidən-zaddan göndərsinlər".


Cəlil Cavanşir (Yazar): "Çingiz Abdullayevin "Neftçi" klubuna prezident olmasına çox yaxşı baxıram. Məncə 200 romandan sonra ona fiziki hərəkət lazımdır. Ümid edirəm ki, bu təyinat ona yaxşı təsir edəcək. Arzu edərdim ki, Anar müəllimi də günlərin bir günü futbol millimizə məşqçidən-zaddan göndərsinlər".

Şahin Diniyev: "Komandanı saxlamaq üçün biznes tərəfi də vacib məsələdir"


Şahin Diniyev (Tanınmış məşqçi, Məşqçilər Komitəsinin üzvü): "Hələki bu barədə geniş məlumat verəcək gücdə deyiləm. Çünki bu ictimai bir işdir. Orada vəzifələri bölünəcək. Mən bilmirəm o qurumun vəzifəsi nə olacaq, kim icraçı olacaq, kim həyata keçirəcək. Ancaq bu realdır ki, bütün xarici qruplarda da idarə heyəti olur. Əsasnamələrində bu qurumda idarə heyətini kimin idarə edəcəyi barədə məlumatı bilmirəm amma yəqin ki, bu ictimaiyyətə açıqlanacaq. Futbol klubunda hamısının futbol adamları olmaması ola bilər. Ancaq onların içində mütləq futbol adamları olmalıdır ki, futbol istiqamətində komandanı saxlamaq üçün biznes tərəfi də vacib məsələdir".

Ağasəlim Mircavadov: "Rəhbərlik təyin edibsə, demək ki, belə məsləhətdir"


Ağasəlim Mircavadov(tanınmış məşqçi, Məşqçilər Komitəsinin üzvü): "Mən bu barədə nə deyə bilərəm ki? Rəhbərlik təyin edib. Onlar məsləhət görüblərsə, demək elə lazımdır. "Neftçi" klubunda peşəkar futbol mütəxəssisləri çoxdur. Ona görə də heç bir problem olmayacaq".

Elçin Cəlilov: "Mәsәlәnin sadәcә bir anlaşılmaz tәrәfi var - niyә mәhz bir әdәbiyyat adamı?"


Elçin Cəlilov (Futbolpress.az saytı): "Çingiz Abdullayevin "Neftçi"nin Müşahidə Şurasının rәhbәri seçilmәsinә yaxşı baxıram. Çünki hazırda fәaliyyәtdә olan heç bir klub rәhbәrinin futbolu ondan çox bilmәdiyinә әminәm. Abdullayev futbolla yaxından maraqlanmış şәxsdir. Yәni ümumiyyәtlә klub rәhbәri olmaq üçün futbolun mahir bilicisi olmaq şәrt deyil, bunun üçün idman direktoru vә s. postlar var. Әsas mәsәlә peşәkar idarәçilikdir. Mәncә, Çingiz Abdullayevin yazdığı kitablar dünya ölkәlәrini idarә elәyәn şәxslәrin stolüstü kitabıdırsa, bu şәxsin idarəetmә qabiliyyәtinә neqativ bildirmәk artıqdır. Mәsәlәnin sadәcә bir anlaşılmaz tәrәfi var - niyә mәhz bir әdәbiyyat adamı? Niyә dünya sәviyyәli detektiv yazıçı bir kluba rәhbәr olsun? Buna hәlә özü dә bir açıqlıq gәtirmәyib. Qarşıda vaxtımız çoxdur, öyrәnmәyə çalışarıq bu ekzotik mәsәlәni".

Natiq Muxtarlı: " Burda yalnız və yalnız yaxşı varlanmaq barədə düşünürlər. Çingiz Abdullayevi də bu tendensiyaya uyğunlaşdıracaqlar"


Natiq Muxtarlı (Komanda.az saytı): "Çingiz Abdullayevin təyinatında anormal məqam yoxdur. Anormallıq onda olardı ki, bu vəzifəyə futbol mütəxəssisi, futbolu bilən şəxs təyin olunardı. Azərbaycanın futbol təsərrüfatında bütün vəzifələrdə futboldan anlayışı olmayanlar oturduğu halda, Çingiz Abdullayevin təyinatı da tam normal qarşılanmalıdır. Onun futbol sahəsində uğur qazanacağını isə düşünmək sadəlövhlükdür. Çünki bu təsərrüfatda kimsə futbol sahəsində uğur qazanmaq barədə düşünmür. Burda yalnız və yalnız yaxşı varlanmaq barədə düşünürlər. Çingiz Abdullayevi də bu tendensiyaya uyğunlaşdıracaqlar. Yazıçı futbol təsərrüfatında gələcək detektiv əsərləri üçün personajlar, motivlər əldə edə bilər. Çünki burda olduqca amansız cinayətkarlar, saxtakarlar, dələduzlar var. Yaradıcılıq baxımdan Abdullayevin bəxti gətirib. Mövzu qıtlığı yaşamayacaq".

Pərvin Kazımoğlu: "Yetər ki, yaхşı pul və ağıllı baş olsun"


Pərvin Kazımoğlu (Fanat.az saytı): "Çingiz Abdullayevin "Neftçi"nin Müşahidə Şurasına sədr seçilməsində qeyri-adi heç nə yoхdur. Onsuz da Azərbaycanın heç bir klubuna futbol mütəхəssisləri və ya futbolla bağlılığı olan adamlar rəhbərlik etmir. Heç klublardakı vitse-prezidentlərin, hətta icraçı direktorların da futbolla bağlılığı yoхdur. Bu səbəbdən də Çingiz Abdullayevin təyinatını fövqəladə bir hal kimi dəyərləndirmək lazım deyil. Yazıçı klubu idarə edə biləcəkmi? Bu suala asanlıqla "hə" cavabı vermək olar. Çünki Çingiz Abdullayevin üzərinə heç də əlahiddə yük düşməyəcək. O, sadəcə kabinetdə oturub hansısa sənədləri imzlayacaq, tədbirlərdə iştirak edəcək və s. AFFA tərəfindən, bir az da dəqiqləşdirsək, Elхan Məmmədov tərəfindən "Neftçi"yə əvvəlcə vitse-prezident, sonra icraçı direktor təyin olunan Elnur Məmmədovun missiyası məhz klubu idarə etməkdir. Ona görə də narahatçılığa əsas yoxdur. Çingiz Abdullayevin "Neftçi"yə uğur qazandırıb-qazandırmamasına gəlincə, Azərbaycan klubları üçün maksimum hədəf Avropa Liqasında qrup mərhələsinə düşməkdir. "Neftçi" bir dəfə bunu bacarıb. İkinci dəfə təkrarlamaq çətin olmamalıdır. Yetər ki, yaхşı pul və ağıllı baş olsun".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar