Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Yusifov: “Bakıda bir günə 500 milyonluq təxribat etdilər”


“Bu təxribatdan hec kəs danışmadı”


“Bəziləri insanların iqtisadi biliklərinin aşağı olmasından istifadə edib onları aldatmağa çalışır”

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun AzNews.az-a müsahibəsi:

- Son günlər ölkə mediasında manatın növbəti dəfə kəskin devalvasiyaya uğrayacağı barədə ekspertlərin proqnozlarına rast gəlinir. Bu qənaətdə olanlar Mərkəzi Bankın sədri Elman Rüstəmovun üzən məzənnəyə keçidlə bağlı dediklərinə əsaslanırlar. Sizcə manatın növbəti dəfə kəskin ucuzlaşacağı gözlənilirmi?

- Xeyir gözlənilmir. Bunun üçün bu gün heç bir əsas yoxdur. Əslində heç bundan öncə də fevral ayinin 21-nə qədər kəskin devalvasiyaya getməyə heç bir zərurət yox idi. Bunun belə olduğunu rəsmilər də iqtisadi yazarlar da - bir sözlə bu məsələ ilə yaxından tanış olan hər kəs bilirdi. Lakin həmin günlərdə Mərkəzi Bank, onun rəhbərliyi və digər aidiyyatı qurumlarının rəsmləri səviyyəsində əhali arasında izahat işlərinin lazımınca təşkil edilməməsi öz acı nəticəsini verdi. Elmən Rüstəmovun kəskin devalvasiyaya bir neçə gün qalmış xalqa etdiyi müraciət nə qədər inandırıcı olsa da, artıq gec idi. Fevralın 16-dan başlanan və bütün banklarda, valyutadəyişmə məntəqələrində yaranmış ajiotajın verdiyi “effekt” Elman Rüstəmovun təminatından daha üstün oldu. İnsanlar öncə gördüklərinə, sonradan eşitdiklərindən daha çox inandılar. 

- Amma manatın məzənnəsinin reallığa uyğun gəlməməsi səbəbindən onun kəskin devalvasiyasının qaçılmaz olduğu deyilirdi...

- Nə deyilməsindən asılı olmayaraq devalvasiyanın bu şəkildə baş verməsi üçün nə iqtisadi, nə də maliyyə əsasları var idi. Hər kəs bilirdi ki, dünya bazarlarında neftin qiymətlərinin keçən ilin ortalarından başlayaraq aşağı düşməsi, qonşu dövlətlərdə milli valyutaların kəskin devalvasiyası bizim kifayət qədər möhkəm olan manatımızın da yumşaq devalvasiyasının başlanğıcı deməkddir. Lakin Mərkəzi Bank məzənnə yumşalmasına, nədənsə məzənnə ətrafında gərginlik yaranandan sonra – cari ilin fevral ayının 16-dan getmək qərarı verdi. Mətbuatda etdiyimiz çıxışlarda dəfələrlə dediyimiz kimi, bu proses keçən ilin ortalarından başlasaydı, onda fevral ayının 21-dəki kəskin devalvasiyaya da heç bir zəmin yarana bilməzdı. 

- Ola bilərmi ki, hansısa qüvvələr Mərkəzi Bankı fakt qarşısında qoydular? 

- Bir gündə 500 milyon dollar alındığını düşünülmüş təxribat kimi dəyərləndirsək, yəqin ki, yanılmarıq. Sanki hansısa qüvvələr insanları kütləvi şəkildə valyuta mübadiləsi məntələrinə istiqamətləndirib bir günə 500 milyonluq təxribat həyata keçirdilər. Hər halda həmin günlər müşahidə etdiyimiz hadisələr belə bir qənaətə gəlmək üçün kifayət qədər ciddi əsaslar yaradır. Bu gün bizim müstəqilliyimiz, iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməyimiz və bu fonda heç kimin təsirinə düşmədən regionda balanslaşdırılmış müstəqil siyasət aparmağımız çoxlarının xoşuna gəlmir. Nə üçün heç kəs Mərkəzi Bankın məcburi qaydada kəskin devalvasiyaya getməsinin bizi istəməyən qüvvələrin təxrıbatı ola biləcəyini ehtimal kimi səsləndirmədi? Həmin günlərdə prosesin kənardan idarə olunduğunu düşünənlərlə haradasa razılaşmaq da olar. 

Kəskin devalvasiyanı stimullaşdıran əsas səbəblərdən biri də mətbuatda bəzi yazarların məsuliyyətsiz çağrışları oldu. Bİz bu çağrışçıların əməllərini tənqid edəndə bəzilərı bizi hakimiyyəti müdafiə etməkdə ittaham edirdilər. Əslində isə biz başda Mərkəzi Bank olmaqla hökumətin digər aidiyyatı qurumlarının manatın məzənnəsi ilə bağlı əhali arasında apardıqları izahat işlərinin lazımı səviyyədə təşkil edilməməsini tənqid edirdik. Eyni zamanda, bir tərəfdən “kəskin devalvasiyaya ehtiyac yoxdur” deyib, digər tərəfdən “manatı fəlakət gözləyir” çağrışı edərək cəmiyyətdə ajiotaj yaradanların qanun qarşısında cavab verməli olduqlarını deyirdik. Bilirsiniz, belə çağrışları edənlər bir qayda olaraq siyasi maraqları olan adamlardır. Onlara elə gəlir ki, belə çağrışlarla cəmiyyətdə gərginlik yaradıb özlərinin hakimiyyətə gəlmək imkanlarını yaxınlaşdıra bilərlər. Bu, absurd düşüncədir. Biz bu gün erməniləri bütün səviyyələrdə üstələyirik. Bunu geniş təhlil etməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Qarabağ problemi başlayandan öz həllinə bu qədər yaxın olmayıb. Sual edirəm, bu nəyin nəticəsində baş verib? Təbii ki, ilk növbədə ölkəmizin dünya siyasət müydanında mövqelərinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması, ordumuzun güclənməsi və sair amilləri sıralaya bilərik. Bəlkə də Qarabağ probleminin həlli ilə manatın məzənnəsi arasında paralel aparsaq yanılmarıq. Çünki güclü iqtisadiyyat və güclü manat bizi son illərdə bu məqsədə nə qədər yaxınlaşdırmışdısa, bunun əksi də bizi bu problemin həllindən bir o qədər uzaqlaşdıra bilər.... Başqa cürə ola bilərmi?

- Bəzi iqtisadçı-ekspertlər sizi öz təhlillərinizdə ancaq hakimiyyətin maraqlarını müdafiə etməkdə qınayırlar. Bu fikirlərə münasibətiniz necədir?

- Fəaliyyətə başladığımız ilk gündən mətbuat səhifələrində daha çox rastlaşdığımız və bizi ən çox narahat edən bir məsələ durur. Hesab edirəm ki, bu məsələ cəmiyyətin bütün sağlam düşünən insanlarını narahat edir və etməlidir də. Bu, bir çox yazarların oxucu diqqətini özünə cəlb etmək xatirinə hər bir çıxışda sensasiya yaratmaq cəhdidir. İnsanlar heç nədən çəkinmədən, heç bir ölçü hissi bilmədən “mütləq oxumalıdırlar” prinsipi ilə bəzən elə başlıqlarla çıxışlar edirlər ki, oxucu bu yazını görəndə doğrudan da ondan “yan keçə bilmir”. Həqiqət isə bundan ibarətdir ki, bir qayda olaraq belə yazılarda arqumentlərə, faktlara, bir sözlə reallığa söykənən heç nə olmur. Müəllif sadəcə öz fəhminə söykənib cəmiyyəti “silkələməyə” cəhd edir. Təbii ki, mən ilk növbədə iqtisadi mövzuda yazılan yazılar haqqında danışıram. Desəm ki, samballı təhlillərə heç rast gəlinmir, bu, yalnış olar. Ancaq belə çıxışlara 10 yazıdan birində, ikisində rast gəlmək mümkündür. On yazıdan səkkizində, doqquzunda isə bunun əksi baş verir. Bu, çox acınacaqlı bir haldır. Biz faktların kobud şəkildə təhrif olunduğunu, baş verən iqtisadi proseslərin mahiyyətinin düzgün izah olunmadığını, siyasi ambisiyaları reallaşdırmaq xatirinə müxtəlif təxribatçı çağırışlar edildiyini görəndə öz sözümüzü deyirik və bundan sonra da deyəcəyik. İnsanların iqtisadi biliklərinin aşağı olmasından istifadə edib onları aldatmağa cəhd etmək, heç kəsə baş ucalığı gətirməz. Məsələləri birtərəfli qaydada təhlil etmək iki gözlü tərəzinin bir gözünü ləğv edib çəki müəyyənləşdirməyə bənzəyir. Tərəzidən bu şəkildə istifadə etmək real çəkini təyin etməyə imkan verərmi? Təbii ki, yox. 

- Rəhbərlik etdiyiniz təşkilat artıq 6 aya yaxındır ki, fəaliyyət göstərir. Mətbuatda müntəzəm çıxışlar edir, müxəlif iqtisadi mövzulara dair şərhlər verirsiz. İlkin mərhələ üçün nəzərdə tutduğunuz işlərin hamısını reallaşdıra bilirsinizmi?

- Biz təşkilatlanıb meydana çıxarkən qarşıya qoyduğumuz başlıca vəzifə iqtisadi prosesləri dərindən təhlil edib, vətəndaşlarımıza və bütün dünyaya hər şeyi olduğu kimi çatdırmaq idi. Əslində altı aya qədər bir vaxt ərzində bu istiqamətdə az iş görməmişik. Lakin bununla kifayətlənmək fikrində deyilik. Daha geniş auditoriyalara çıxmağı planlaşdırırıq. İnsanlarımıza ölkədə gedən iqtisadi proseslərin arxasındakı reallıqları göstərməkdə davam edəcəyik. Bunun üçün ayrı-ayrı televiziya kanalları ilə əməkdaşlıq etmək, müxtəlif iqtisadi forumlar keçirmək, xarici mətbuatda mütəmadi çıxışlar etmək istəyindəyik. Hazırda bu istiqamətlərdə konkret hazırlıq işləri aparırıq. 

-ABŞ-ın İranla münasibətləri əzəli müstəvidən çıxarmaq istiqamətində atdığı addımları müşahidə etməmiş deyilsiz . Neft sənayesinin əsas oyunçularından olan İran dünya bazarlarına tam gücü ilə çıxmaq imkanı qazanarsa, sizcə bu neftin qiymətində kəskin ucuzlaşmanın baş verməsinə gətirib çıxara bilərmi?

- Bu gün İran neft ehtiyatlarının həcminə görə dünyada dördüncü yeri tutur. Onun neft ehtiyatları Səudiyyə Ərəbistanın neft ehtiyatlarının təxminən 60%-nə bərabərdir. Bu, çox böyük həcmdir. Təbii ki, bu qədər neft ehtiyatları olan bir ölkə neft bazarına çıxmaqda heç bir maneəyə rast gəlməsə, dünya bazarlarında neftin qiymətlərinə təsir edə bilər. Ancaq bir məsələni gəlin unutmayaq ki, dünya bazarlarında neftin qiymətlərinin tənzimlənməsi məsələsinə dünya iqtisadiyyatının ¼ -nə sahib olan və elə bu səbəbdən də böyük güc sahibi kimi neftin qiymətlərinə hamıdan çox təsir imkanlarına malik dövlət Amerika Birləşmiş Ştatlarıdır. Ona görə hesab etmirəm ki, qadağalar götürüləndən sonra İran nə istəyir onu da edəcək. Böyük güclər imkan verməz ki, İran dünya bazarlarında neftin qiymətinin tənzimlənməsi işində dominantlıq etsin. 

- Birinci Avropa Oyunları ilə bağlı geniş təhlilinizlə tanışıq. Yəqin məlumatınız var ki, Bakı 2017-ci ildə daha bir böyük yarışa – İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Sizcə bu oyunlardan Azərbaycan hansı dividetləri gözləyə bilər?

- Azərbaycanın bu oyunlardan hərtərəfli uduşu ona görə mümkün olacaqdır ki, artıq belə yarışların keçirilməsi üçün bizdə bütün idman qurğuları və aidiyyatı obyektlər mövcuddur. 2015-ci ilin Avropa Oyunlarının Bakıda keçirilməsini tənqid atəşinə tutanlar heç olmasa indi başa düşünlər ki, bu oyunların keçirilməsi üçün dövlətin tikib yaratdığı obyektlər hələ Azərbaycanda çox yarışların keçirilməsinə imkan verəcəkdir.

- İqtisadi təhlillərinizlə yanaşı, ictimai-siyasi və bəzən də geopolitik mövzuları əhatə edən yazılarınıza da rast gəlinir və müşahidələrimizə görə getdikcə artırlar...

- Biz siyasi təşkilat deyilik və siyasətlə də məşğul olmaq istəyimiz yoxdur. Ancaq biz istəsək də istəməsək də, nə iqtisadiyyatı siyasətdən ayrmaq mümkündür, nə də siyasət iqtisadiyyatdan ayrı ola bilər. İqtisadiyyatla siyasəti bir birinə ayrılmaz tellər bağlayır. Məsələn, Cənub Qaz Dəhlizi layihəsindən, onun tərkib hissələri olan TANAP və TAP layihələrindən danışarkən, istəsən də, istəməsən də müəyyən siyasi məqamlara toxunmaq zorunda qalırsan.

- Növbəti 6 ay üçün BİAB-ın hansı planları var?

- Əvvəldə dediyim kimi, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmaq istiqamətində konkret çalışmalarımız var və siz bunun nəticəsini görəsəksiniz. 

- Qarşıdan parlament seçkiləri gəlir. Sizin namizəd olacağınızı proqnozlaşdıranlar var. Varmı belə bir planınız?

- Bu haqda hələ düşünməmişəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar