Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Hörmətsizlik də olsa belə, həzm etməyi bacarmalıyıq»


Qabil Hüseynli: «Fransa və Rusiya tarix boyu erməniləri müdafiə edib və ermənilər bu səviyyəyə çatmalarında həmin dövlətlərə borcludurlar»


Fransa prezidenti Fransua Ollandın qondarma "erməni soyqırımı" 100 illik yubiley tədbirlərindən sonra Yeravandan Bakıya gələcək. 

Fransa prezidentlərinin ermənipərəst olmaları hər kəsə məlumdur. Hətta demək olar ki, Fransa Rusiyadan sonra Ermənistanın əsas müttəfiqlərindən biri olaraq çıxış edir. Bəs Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa prezidentinin qondarma "erməni soyqırımı" 100 illik yubiley tədbirlərindən sonra Yerevandan birbaşa Bakıya gəlməsi diplomatik etikaya nə qədər uyğundur və Azərbaycana qarşı hörmətsizlik deyil ki? 



















Qabil Hüseynli: «Azərbaycan prezidenti Fransaya qarşı durası deyil ki...»


PİA.AZ-ın əməkdaşı bu sualla politoloq Qabil Hüseynliyə müraciət edib. Politoloq bildirib ki, Fransa prezidentinin bu davranışını hörmətsizlik kimi dəyərləndirməsə də, təqdir də etmir:

«Fransa prezidenti Fransua Olland guya Azərbaycanla Ermənistan arasında münasibətlər körpüsünü salmaq, Dağlıq Qarabağ problemini nizamlanmaq məqsədilə Bakıya gəlir. Eyni məqsədlə Putin də Yeravandan Bakıya səfər edə bilərdi. Yəni bundan faciə düzəltməyə dəyməz.  Azərbaycan prezidenti Fransaya qarşı durası deyil ki. Hörmətsizlik də olsa, biz onları həzm etməyi bacarmalıyıq. Çalışmalıyıq ki, ölkəmizin problemləri həll olunsun. Ollandın hərəkətini hörmətsizlik kimi dəyərləndirmirəm, amma təqdir də etmirəm. Ola bilər ki, Ollandın gəlişi Dağlıq Qarabağ probleminə hər hansısa bir töhfə versin. Avropa ölkələrində müsəlmanlara qarşı fobiya var. Fransa və Rusiya tarix boyu erməniləri müdafiə edib və ermənilər bu səviyyəyə çatmalarında həmin dövlətlərə borcludurlar. Ancaq buna görə biz həmin dövlətlərlə düşmənçilik siyasəti apara bilmərik».

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar