Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: “Bakı - 2015 Avropa Oyunları üçün hansısa təhlükə ehtimalı yoxdur”



YAP rəsmisi: “Bu ərəfədə tək Azərbaycan-Ermənistan sərhəd bölgəsində deyil, o cümlədən Ukraynada, Yaxın Şərqdə və digər yerlərdə atəşkəsə nail olmaq lazımdır”


Ermənistandan hər şey  gözləmək olar və Ermənistan hər zaman təxribatlara əl atıb”. 

Bu sözləri Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Ermənistanın cəbhə bölgəsində gərginliyi artırması ilə bağlı ehtimalları dəyərləndirərkən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

PİA.AZ-ın əməkdaşının suallarını cavablandıran hakim partiyanın rəsmisi bildirib ki, ilk dəfə Bakıda keçiriləcək olan Bakı - 2015 Avropa Oyunları üçün hansısa təhlükə ehtimalı yoxdur:

Ermənistan hər zaman təxribatlara əl atıb. Hətta Azərbaycanda keçirilən bütün mötəbər tədbirlər zamanı, Ukraynada baş verən hadisələrdən sonra da Ermənistan sərhəd bölgəsində mütəmadi olaraq təxribatlarla məşğul olub. Dağlıq Qarabağ ərazisi xaric, Ermənistanın özüylə sərhəd olan bölgələrdə də  dinc sakinlər atəşə tutulur, fermerlərin təsərrüfatına ziyan vurulur. Tovuzun, Qazaxın bir çox kəndlərində, Naxçıvan MR-da bu cür təxribatlara əl atırlar. Ermənistandan hər şey  gözləmək olar. İlham Əliyev  ümumilikdə elan edib ki, Avropa Oyunları kimi oyunlar sülhə xidmət etməlidir. Bu ərəfədə tək Azərbaycan-Ermənistan sərhəd bölgəsində deyil, o cümlədən Ukraynada, Yaxın Şərqdə və digər yerlərdə atəşkəsə nail olmaq lazımdır. Ermənistan hər hansısa təxribatlara əl atacaqsa, qarşısı alınacaq. Azərbaycanın  güclü ordusu var və regionda ən aparıcı ordudur. Onu da qeyd edim ki, Avropa oyunları üçün hansısa təhlükə ehtimalı yoxdur”. 



Siyavuş Novruzov: “Ermənistan hər hansısa təxribatlara əl atacaqsa, qarşısı alınacaq”


Həmçinin hakim partiyanın rəsmisi Fransa prezidenti Fransua Ollandın  qondarma “erməni soyqırımı” 100 illik yubiley tədbirlərindən sonra birbaşa Bakıya gəlməsinə də münasibət bildirib:

“Ollandın qondarma “erməni soyqırımı” 100 illik yubiley tədbirlərindən sonra birbaşa Bakıya gəlməsi Azərbaycana qarşı hörmətsizlik deyil. Bundan öncə Nikola Sarkozinin də Azərbaycana səfəri olub. Sarkozi də Cənubi Qafqazın hər üç ölkəsinə, Gücüstan, Ermənistan, Azərbaycana səfər edib. Ollandın qondarma “erməni soyqırımı” 100 illik yubiley tədbirlərində iştirak etməsi isə iki dövlət arasında olan münasibətdir. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq. Hətta Fransanın özündə qanun var ki, kim soyqırımı etiraf etsə, cəzalanmalıdır. Burdan da Fransının mövqeyi özü-özünə aydındır. Ona görə də Ollandın Ermənistana gedib-getməməsinin əhəmiyyəti yoxdur. Çünki Fransa qondarma erməni “soyqırımı”nı tanıyan ölkələrin içində xüsusi cənfəşanlıq göstərən ölkələrdən birincisidir. Fransa  qondarma “erməni soyqırımı” bəzi ölkələrə tanıtdırmaq üçün də dəridən qabıqdan çıxır. Bu baxımdan Ollandın səfəri tamam başqa məqsəd daşıyır”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar