Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurçular pullarını hansı banklarla ölkədən çıxarıb?

AAAF Parkın «Yapı Kredi Bank Azərbaycan» və Azər-Türk Bank vasitəsi ilə müxtəlif əməliyyatlar həyata keçirdiyi üzə çıxıb


Ötən gün Azərbaycanda böyük layihələrdə iştirak edən, eyni zamanda adı nurçularla əlaqədə hallanan AAAF Park şirkəti ilə bağlı geniş məlumat vermişdik. 

Həmin məlumatlarda deyilirdi ki, şirkətin rəhbəri Tofiq Heydərov və onun müavini Rəşad Əliyevin Fətullah Gülən tərəfdarları ilə çox yaxın münasibətləri var. 
Hətta qeyd olunurdu ki, Rəşad Əliyev Gülənin Azərbaycandakı gizli imamlarından hesab olunur və bütün pulları da onun vasitəsi ilə Pensilvaniya və ya nəzərdə tutulmuş yerlərə göndərilir. 

JAM.AZ-ın bununla bağlı araşdırması zamanı məlum olub ki, Gənclər və İdman naziri Azad Rəhimovun da AAAF Parkla ciddi bağlantıları var. Bunu təsdiq edən məlumat kimi isə Türkiyədə 40 hektar ərazi almış şirkətin onu itirmək təhlükəsindən məhz nazirin qurtarması göstərilir. Hərçənd bu məlumat Tofiq Heydərov tərəfindən də təsdiqlənib. 

Azad Rəhimovun nurçularla bilavasitə əlaqəli olub, olmadığı məlum deyil. Amma uzun illərdir nazirin adı məhz bu dini cərəyanın nümayəndələri ilə birlikdə hallanır, onların himayçisi kimi təqdim olunur və müavinlərini də məhz gülənçilərdən təşkil etdiyi iddia edilir. Elə səbəblərdən biri də budur ki, AAAF Parkla naziri bağlayan tellər fətullahçılıq da ola bilər. 

Amma bu şirkətlə bağlı qaranlıq məqamlar da az deyil. JAM.AZ-ın araşdırmaları zamanı üzə çıxan amillərdən biri də belə olub ki, AAAF rəhbərliyi hazırda Azərbaycan üzərindən Türkiyəyə nurçu şirkətləri daşımağa çalışır. Hələlik bu addımı təkbaşına atan Tofiq Heydərov və Rəşad Əliyevin starteji hədəflərində qardaş ölkədə yardımçı şirkətlər formalaşdırmaqdır. Yəni, «yan şirkətlər» vasitəsi ilə Azərbaycandakı bütün nurçu iş adamları özlərinə payçı etmək və ardından da Türkiyədə kök salmaqdır. 

Məhz bu səbəbdəndir ki, artıq Türkiyəyə qısa müddətdə 3 milyard dollar mənşəyi məlum olmayan pullar daxil olub. Daha dəqiq ifadə etsək, devalivasiyadan sonra müxtəlif istiqamətlərdən qonşu ölkənin iqtisadiyyatına 3 milyarda yaxın pul qoyulub. Və həmin pullar da məhz Azərbaycandan gəlib. 

JAM.AZ-a daxil olan məlumata görə, AAAF-nı bu prosesdə nə qədər əlinin olduğunu dəqiqləşdirmək demək olar ki, mümkün deyil. Amma onların bu işlərdə böyük rolları və təsirlərinin olduğu istisna deyil. Araşdırmalar zamanı belə aydınlaşıb ki, nurçularla bağlı olduğu iddia edilən AAAF Park şirkəti Türkiyəyə pul daşınmasını Azərbaycanda fəaliyyət göstərən bir neçə bankla reallaşdırıb. Onlardan birinin «Yapı Kredi Bank» Azərbaycan, digərinin isə Azər-Türk Bank olduğu deyilir. Hər iki bank vasitəsi ilə külli miqdarda vəsaitin ölkədən çıxarıldığı vurğulanır. 

Hərçənd bu qədər pulun Türkiyəyə Fətullah Gülən tərəfdarlarını maliyyələşdirmək və ya iqtisadiyyata qoymaq üçün yönləndirildiyi məlum deyil. Amma istisna deyil ki, Gülənin Azərbaycandakı gizli imamının əliylə ölkədən çıxarılan pullar nurçuların maliyyələşməsinə sərf olunacaq. 

Tofiq Heydərova gəldikdə isə bu şəxs artıq şirkətinə dövlət tərəfindən layihələr də almağa başlayıb. Məsələn, Astarada bulvarın tikintisini əldə etmiş AAAF Park şirkəti qısa müddətdə büdcədən 11 milyon manat alıb. Bundan əvvəl isə bulvarın tikintisi üçün 6 milyon manat ayrılmışdı. Lakin bu rəqəmin daha da böyüyəcəyi və 50 milyon manata qədər yüksələcəyi istisna edilmir. 

JAM.AZ-ın əldə etdiyi məlumatlarda deyilir ki, bulvar tikintisi məsələsində Astaranın icra başçısı Qəzənfər Ağayevin də ciddi maraqları var. Elə bu səbəbdəndir ki, icra başçısı ilə AAAF Park rəhbərliyi arasında mütəmadi olaraq narazılıq yaşanır. Narazılığın səbəbi isə məlumdur: Ortada böyük pul var və AAAF icra başçısının həmin pulları təkbaşına «özəlləşdirməsi»nə imkan vermir. 

Qeyd edək ki, Tofiq Heydərovun təkcə Qəzənfər Ağayevlə deyil, həmçinin başqa bir icra başçısı ilə də ciddi problemləri var. Hələlik bu məsələ araşdırma mərhələsindədir və yaxın günlərdə bilgi veriləcək. 
Bu əsnada onu da bildirək ki, indiyə qədər yazılan məlumatlara AAAF Park rəsmilərindən də münasibət bildirilib. JAM.AZ-a açıqlama verən şirkətin mətbuat xidmətinin rəhbəri Kənan Məşdəliyev bildirib ki, təmsil etdiyi şirkətlə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. «Bu məlumatların heç bir həqiqəti əks etdirmir. AAAF Parkın rəhbərliyinin hansısa dini camiəyə bağlı olması mümkün deyil. Bu barədə məlumatların ortaya atılması görünür kimlərinsə marağındadır».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar