Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birləşən və ayrılan ikili standartlar



Ukraynada ayrı-ayrı səngərlərdə yer alan Rusiya və Qərb Azərbaycana qarşı eyni səngərdə yer alırlar


MSK katibi Mikayıl Rəhimli: «Tanınmayan bir ərazidə keçirilən seçkilərdə müşahidə aparmaq və onu ictimailəşdirmək beynəlxalq hüququ ziddir».

Heç kimə sirr deyil ki, beynəlxalq siyasətdə ikili standartlar hökm sürür. Azərbaycan rəsmiləri hər zaman bu ikili standartlardan şikayət edirlər. Və təbii ki, haqlıdırlar. İstər Dağlıq Qarabağ münaqişəsinin həllində, istərsə də ermənilərin saxta soyqırım iddialarında Azərbaycan hər zaman bu ikili standartlardan əziyyət çəkib və çəkməkdə davam edir. 

Son olaraq bir neçə gün əvvəl Azərbaycan bir daha Dağlıq Qarabağda işğalçı rejimin həyata keçirdiyi «parlament seçkilərində» ikili standartların siyasi qurbanına çevrilib. Belə ki, Rusiya və Fransa başda olmaqla, 10-a qədər  ölkənin «müşahidəçiləri» iştirak edib. Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Frank Enqel isə Dağlıq Qarabağda işğalçı rejimin keçirdiyi qanunsuz «seçkilərin» beynəlxalq birlik tərəfində tanınmamasından təəssüf hissi keçirdiyini bildirib. Avropa Parlamentinin deputatı seçkilərin tanınması nəticəsində Dağlıq Qarabağın demokratik prinsiplər şəraitində yaşamasına əngəl olduğunu qeyd edib.

Rusiyadan gələn nümayəndələr isə daha da uzağa gedərək işğalçı rejimin keçirdiyi «seçkilərin» tanınması üçün BMT-yə müraciət ediblər. Rusiyalı «müşahidə» qrupunun müxalifətçi «Yabloko» partiyasından üzvü olan Viktor Şeynis isə «seçkilərin» tam demokratik şəraitdə və «əla» keçdiyini vurğulayaraq, Rusiyada da belə demokratik seçkilərin keçirilməsini arzuladığını bildirib.

Çox qəribədir ki, son zamanlar Rusiya prezidenti Putin və Rusiya xarici işlər naziri Lavrov ikili standartlardan durmadan gileylənir və Ukrayna məsələsində, xüsusən də sanksiyaların tətbiqinə görə Qərbi Rusiyaya qarşı ikili standart tətbiq etməkdə günahlandırırlar. Faktiki olaraq isə, Rusiya 20 ildən artıqdır ki, keçmiş SSRİ ərazisində yaratdığı münaqişələri çoxstandartlı siyasətlə idarə edir və bu münaqişləri faktiki olaraq konservləşdirib. Hazırkı vəziyyətdə Rusiya Ukrayna məsələsində özünü ikili standartların «qurbanı» olaraq təqdim etsə də, Dağlıq Qarabağda məhz ikili standartların «törədicisi» rolunda çıxış edir və həmçinin erməni məsələsində Azərbaycana qarşı tətbiq edilən ikili standartlarda birbaşa olaraq Fransa başda olmaqla Avropa dövlətlərinin əsas müttəfiqi olaraq çıxış edir. Elə Rusiya «müşahidəçilərinin» Fransa ilə birlikdə Dağlıq Qarabağda işğalçı rejimin keçirdiyi «seçkiləri» tanınması üçün BMTATƏT-ə müraciət etmələri də bir daha ikili standartların mahiyyət və məkana görə dəyişməsinin göstəricisidir. 

MSK rəsmisi: «Tanınmayan bir ərazidə keçirilən seçkilərdə müşahidə aparmaq və onu ictimailəşdirmək beynəlxalq hüququ ziddir»


PİA.AZ-ın əməkdaşı bu dırnaqarası seçkilərdə Rusiya, Fransa, Avstriya, İsrail, Macarıstan, Çexiya və Estoniyadan gələn «müşahidəçilərin» iştirakına MSK-nın münasibətini öyrənməyə çalışıb. MSK katibi Mikayıl Rəhimov əməkdaşımıza MSK adından bu məsələyə münasibət bildirə bilməyəcəyini, ancaq öz mövqeyini açıqlaya biləcəyini bildirib:



«MSK-nın mövqeyini deyə bilmərəm, çünki bu məsələ müzakirə olunmayıb.  Amma öz adımdan deyə bilərəm ki, bu hüquqa hörmətsizlikdir. Tanınmayan bir ərazidə keçirilən seçkilərdə müşahidə aparmaq və onu ictimailəşdirmək beynəlxalq hüququ ziddir. Hesab edirəm ki, o cür müşahidəçilərin fəaliyyəti düzgün qiymətləndirilməməlidir və onların bu cür hərəkətlərinə mənsub olduqları dövlətlərin orqanları münasibət bildirməlidirlər. Azərbaycan tərəfi Dağlıq Qarabağa qarşı rəsmilərimizin icazəsi olmadan edilən hər bir hərəkətə və  hər bir insanın o ərazilərə daxil olmasına dəfələrlə etiraz edib. Eyni zamanda Azərbaycan hökümətinin razılığı olmadan o ərazilərə daxil olanların sonradan ölkəmizə daxil olmasına qadağalar da qoyulub. Ona görə bu məsələdə Azərbaycan dövlətinin münasibəti birmənalıdır».

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar