Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başqan Arif Hacılı - “İndi duruş gətirmə zamanıdır“


“Müsavata yeridilmiş agentura şəbəkəsi üzərimizə gəlir”


PİA.AZ xəbər verir ki, Müsavat başqanı Arif Hacılı partiya ətrafında baş verən proseslərlə bağlı sosial şəbəkədə olan səhifəsində əsəbi status yazıb.

Azərbaycanda müxalifətçi kimi fəaliyyət göstərməyin 1988-ci ildən bu yana heç vaxt indiki kimi çətin olmadığını yazan A. Hacılı qeyd edib ki, iqtidar 1993 -cü ildən bəyan etdiyi xarici və daxili siyasi kursundan, avrointeqrasiya və demokratikləşmə xəttindən tamamilə imtina etməyə hazırlaşır:“Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb. Məhkəmə, qanunvericilik, təhsil, səhiyyə, yerli özünüidarə, seçki sistemləri sıradan çıxarılaraq hakimiyyətin fəaliyyətinə yardımçı alətlərə çevrilib. QHT sektoru, azad mətbuat məhv edilib və ya ələ alınıb”.

A.Hacılı  yazıb ki, dövlət resursları ilə yanaşı, milyardlarla maliyə vəsaiti hesabına təşkil edilmiş əlavə qüvvələr də Müsavat Partiyasına qarşı işləyir: “Təbliğat-təşviqat maşını, nəzarət altında olan KİV-lər, televiziyalar, yüzlərlə qeyri-hökumət təşkilatları, rəsmi və qeyri-formal güc strukturları, hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən siyasi partiyalar, hər yerə, o cümlədən təşkilatlarımıza yeridilmiş agentura seti, daha nələr, nələr üzərimizə gəlir. Bəzi keçmiş silahdaşlarımız da TV lərdən üzərimizə od püskürür, bəziləri müxtəlif bəhanələrlə aradan çıxır. İndi duruş gətirmək həmişəkindən daha çətin olduğu kimi daha vacib və şərəflidir. İndi duruş gətirənlərin adı daim hörmətlə anılacaq!”- deyə A. Hacılı Leninsayağı yazıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar