Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “Şərq tərəfdaşlığı”nın yekun deklarasiyasını imzaladı


Riqada “Şərq tərəfdaşlığı” sammitinin Azərbaycan da daxil olmaqla bütün iştirakçıları yekun deklarasiyanı imzaladılar


Oxu.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Polşanın XİN başçısı Qjeqoj Sxetına bəyan edib.

“Bəli, Azərbaycan daxil olmaqla bütün iştirakçılar imzaladılar”, - o deyib.

Litva prezidenti Dalya Qribauskayte öz növbəsində bəyan edib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.

“Əlbəttə ki, bunsuz deklarasiya qəbul olunmazdı”, - o jurnalistlərin sualına cavab verib.

“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını nəzərdə tutur.

Son üç ölkə ötən il Aİ ilə assosiativ tərəfdaşlıq barədə saziş imzalayıblar.

***

Qeyd edək ki, biraz əvvəl "Report" "RBK-Ukraina"ya istinadən xəbər vermişdi  ki, Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç Azərbaycanın yekun qətnaməsini imzalamadığını bildirib.

Onun sözlərinə görə, qətnamə " bu gün bir az gec, ya da artıq başqa sammitdə imzalanacaq".

Həmin məlumata əsasən Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək, informasiyanı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnaməni bu şəkildə qəbul olunmasına, o cümlədən Krımın ilhaqı məsələsi ilə razılaşmayıblar".

Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən, bunun işğal alıtnda olan Dağlıq Qarabağla əlaqədar olduğunu vurğulayıblar. Onların qənaətincə, etiraz edənlər qətnaməyə Azərbaycanın torpaqlarının, Dağlıq Qarabağın işğal olunmasının da sənəddə öz əksinin tapmasını istəyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar