Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP-Azərbaycan şirkətinin rəsmi koordinatoru saxtakarlıqda ittiham olunur


“BP-nin rəsmi koordinatoru Faiq Bağırovla, Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov, əlbir olub mənə dedilər ki, bu müqaviləyə imza atmasanız, torpağınızı əlinizdən alıb bələdiyyənin mülkiyyətinə verəcəyik”


81 yaşlı Ucar sakini Bp-Azərbaycan şirkətinin rəsmi  koordinatoru Faiq Bağırovu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə ayrılan kompensasiyaları mənimsəməkdə ittiham edib.

Bu barədə Ucar rayonu Ramal kəndi sakini Məmmədov Məhəmmədiyyə Bəxtiyar oğlu tərəfindən PİA.AZ-a ünvanlanan şikayət məktubunda bildirilir. Həmin məktubu olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:

“Bp-Azərbaycan şirkətinin rəsmi  koordinatoru Faiq Bağırov  Ucar Rayon  İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifovla əlbir olub və vəzifə səlahiyyətlərindən, həmçinin bizim savadsızlığımzdan sui-istifadə edib bizə düşəcək kompenssasiyanı saxtakarlıqla qohumum Məmmədova Mənsurə Ərrəhman qızına verilməsini təşkil etmişdilər. Belə ki, Ucar rayonu Aqrar İslahatlar Komissiyasının 1998-ci il 15 aprel tarixli 05 nömrəli qərarı ilə bizim ailəyə 4.85 hektar pay torpaq sahəsi verilşi. Həmin vaxt  ailə başçısı mən göstərməklə böyük oğlum Etibar , onun həyat yoldaşı və iki övladına da torpaq sahəsi  ayrılıb və buna dair  ümumi dövlət aktı tərtib edilib. Sonradan oğlum ev tikdirib ailəsi ilə birgə yaşamasına baxmayaraq, pay torpaqlarımız bir olub və   bölünməyib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Lahiyəsi üçün torpağın ilkin ayrilması üzrə dövlət və mülkiyyətçi arasında anlaşma memorandum imzalanan vaxt bizi aldatdılar. Adlarını göstərdiyim BP-nin rəsmi koordinatoru Faiq Bağırovla, Ucar Rayon  İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov əlbir olub mənə dedilər ki, bu müqaviləyə imza atmasanız, torpağınızı əlinizdən alıb bələdiyyənin mülkiyyətinə verəcəyik.

Bizim savdasızlığımızdan istifadə edərək və vəzifə səlahiyyətlərini aşaraq saxta sənədə hədə-qorxu ilə imza etdirdilər. Daha sonra isə ailəmizə düşəcək kompensassiyanı saxtakarlıq yolu ilə hədə-qorxu gələrək qohumum Mənsurə Məmmədovaya verilməsinə razı olmağımıza dair sənədə bizə imza etdirdilər. Bizim ailəyə düşəcək kompensasiyanın həcmi də saxtakarlıqla azaldılıb. 

Mənim 81 yaşım var, 7 nəfərdən ibarət ailəmizə məxsus pay torpaq sahəmə görə ayrılmış 8.000 manat kompensassiyanın bizə verilməməsi cinayətdir. Bunu adlarını göstərdiyim vəzifəli şəxslər ediblər. Buna kim inanar ki, 8000 manat kompensasiyanın qohumumun almasına pula ehtiyacı olan kasıb ailə razı olsun? Bu saxtakarlığı edən Ucar Rayon  İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov kompensasiyanı alan gəlnim  Mənsurə Məmmədovanın yaxın qohumudur. Mənim oğlum Etibar dünyasını 2005-ci il tarixdə dəyişib, İki böyük övladı var. Düzdür bu kompensasiyanın yarsı onlarındır. Ancaq bizə çatacaq hissəsinin də onlara verilməsi cinayətdir. 

Rahib Şərifovun saxtakarlığı iki qohumu üz-üzə qoyub. Bp-Azərbaycan şirkətinin rəsmi  koordinatoru Faiq Bağırov isə saxta sənədlərlə yerli camaatı aldadıb kompensasiyaların məbləğini azaldıb özü mənimsəyir. Onun bu əməlləri xüsusi komissiya tərəfindən araşdırılıb qanunu tədbirlər görülməlidir. 

Bizim ailə bu saxtakarlıq, özbaşınalıq faktı ilə əlaqədar Prezidentə, Mehriban xanıma, ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevə və  Bp- Azərbaycan Şörkətinin rəhbərinə şikayət ərizəsi ilə müraciət etmişik. Mətbuat vasitəsi ilə həmin hörmətli şəxslərdən xahiş edirəm bu saxtakarlıq faktını araşdırıb qanunu tədbirlər görsünlər”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar