Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Qəribov oğlunun Cahangir Hacıyevlə işbirliyindən danışdı: “Ailəlikcə sevinirik“

Kreditlərin alınıb qaytarılmaması ilə bağlı müxtəlif vəzifəli şəxslərin və imkanlı adamların həbsi gündəmdən düşmür


Elə bir necə gün öncə mətbuatda Milli Məclisin deputatı Fərhad Qəribovun oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması haqda məlumatlar yer almışdı.

Deputat mətbuata açıqlamasında bunun yalan olduğunu bildirsə də, bəzi mətbu orqanlar deputatın bu çıxışının doğru olmadığı xəbərini yaymışdılar.

Modenrn.az saytı məsələni dəqiqləşdirmək üçün deputat Fərhad Qəribovla əlaqə saxlayıb.

Millət vəkili saytımıza açıqlamasında deyib ki, hər bir şəxsin kreditdən yararlanmaq hüququ var:

“Dünyanın hər yerində iş adamları kredit vasitəsi ilə böyük işlər görürlər. Amma heç kimin krediti qaytarmamaq hüququ yoxdur. Hər bir kəs kreditlə bağlı olan öhdəlikləri yerinə yetirməlidir. Amma ölkəmizdə müəyyən şəxslər var ki, kredit formasında aldıqları dövlətin pulunu geri qaytarmırlar. Bu məsələlər gündəmdədir.

Ancaq nədənsə, hətta deyərdim sifariş nəticəsində mənim də adım hallanır. Guya mənim övladlarım axtarışdadır, saxlanılıblar, ölkəni tərk ediblər və s.  

Bir daha qeyd etmək istəyirəm ki, övladlarım Azərbaycandadır. Heç bir yerə qaçmayıblar. Niyə də qaçsınlar?. Onların heç bir qəbahətli işi yoxdur ki qaçsınlar. Hesab edirəm ki, seçki öncəsi kimlərsə mənə qarşı qarayaxma kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində də müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar. Amma bu heç bir nəticə verməyəcək”.

Deputat təsdiqləyib ki, təxminən 6-7 il öncə oğlunun Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə iş birliyi olub: “Amma bu iş birliyi sona qədər davam etməyib. 7 il öncə bu iş birliyi heç 1 il çəkmədən bitib”.

Fərhad Qəribov qeyd edib ki, ailəlikcə oğlunun Cahangir Hacıyevlə iş birliyinin pozulmasına sevinirlər:

“Cahangir Hacıyevin təqsiri ucbatından kifayət qədər maddi ziyanla üzləşdik. Amma bu gün şükür edirik ki, oğlumla onun iş birliyi sona qədər davam etməyib.

Bəli, onun bizə vurduğu ziyan böyük olub. Amma yenə də sevinirik ki, biz artıq xəta-baladan uzaq olduq. Çünki bu gün Cahangir Hacıyevlə iş birliyi quran şəxslər dindirilir və müəyyən problemlərin olduğu ortaya çıxır”.

Fərhad Qəribov mətbuatda onun seçicilərlə görüşməyən və işləməyən deputat kimi təqdim olunması məsələsinə də münasibət bildirib:

“Ola bilməz ki, bu günə kimi hər hansı seçici mənə müraciət etsin, amma mən onun müraciətinə cavab verməyim. Müxtəlif məsələlər ilə bağlı hər zaman seçicilərin yanında olmuşam. Bundan sonra da onlarla birgə olacam. Bunu məndən deyil, seçicilərdən soruşsanız onlar sizə daha yaxşı cavab verəcəklər. Hesab edirəm ki, seçki öncəsi bəzi qüvvələr bilərəkdən mənə qarşı qarayaxma  kampaniyaya başlayıblar. Amma bu kompaniya heç bir nəticə verməyəcək. Çünki görülən işlər göz önündədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar