Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Sizi öpürəm, bağrıma basıram...”- Fotolar


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xaraici tərəfdaşlarla görüşdə iştirak ediblər


PİA.AZ-ın report-a istinadən məlumatına görə, prezident Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, oyunları AzərbaycanAvropa üçün tarixi hadisə kimi dəyərləndirib. İlham Əliyev bu Oyunlara ictimaiyyətin dəstək verdiyini, bunun sayəsində oyunların yüksək səviyyədə keçdiyini vurğulayıb.

Prezident oyunlara hazırlıqda Beynəlxalq Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirib.

Dövlət başçısı könüllülərin fəaliyyətindən də danışıb:

“Bizim gənclər qürur mənbəyimizdir. Onlar gecə-gündüz peşəkarlıqla, mədəniyyət göstərərək, Azərbaycan xalqına xas olan qonaqpərvərliyi nüməyiş etdirərərək çalışıblar. Doğrudanda, bizim gələcəyimiz etibarlı əllərdədir. Onlar cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar”.

İ.Əliyev Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb: “Hər bir xırda məsələ, bütün işlər ən yüksən səviyyədə görülmüşdü. Oyunların keçirilməsində heç bir problem yaşanmayıb. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu.

Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu komitə belə tərkibdə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, həm də ən əsası xalqa, dövlətə sevgi-məhəbbət vardı və var. Ümumiyyətlə, bu, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.

Dövlət başçısı idmançıların uğurlarının ölkənin gücünü, potensialını göstərdiyini bildirib.

Prezident İlham Əliyev Avropa Oyunlarının cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdığını qeyd edib: “İdmançıların qələbələri bu Oyunları daha böyük zirvəyə qaldırdı. Azərbaycan komandasının neçənci yer tutması ilə bağlı cəmiyyətdə fərziyələr var idi. Heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir, Azərbaycan idmanının qələbəsidir. Sizi öpürəm, bağrıma basıram. Oyunlar keçirilən zaman yəqin ki, hamımız kövrəldik. Bu zaman elə anlar olmuşdu ki, bunu sözlə ifadə etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir, ölkəmiz inkişafda olan müstəqil dövlət kimi uğurla irəli gedir. Siyasi, iqtisadi sahədə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Fəxr edirik ki, biz cəmi 24 il ərzində güclü dövlət qurmuşuq”.

Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun”.











pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar