Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində - Fotolar


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar


PİA.AZ-ın nazirliyinin saytına istinadən məlumatına görə, Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər. 

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib. 

Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu Müdafiə nazirinə təqdim olunub.

Bildirilib ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə zolağı, sinif otaqları, o cümlədən müxtəlif yardımçı bölmələrdən ibarət poliqonda müxtəlif iriçaplı atıcı silahlar, minaatanlar, qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi ilə həyata keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi döyüş hazırlığı üzrə vərdişlər aşılanır.

Müdafiə Nazirliyinin rəhbərliyi təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını veriblər.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar