Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Oyunlarından sonra həbslər başladı


Böyük yeyintilərin olması 1-ci Avropa Oyunlarından əvvəl də müəyyən olunmuşdu


Vergilər NazirliyiBakılift-təmir”də total yoxlamaları yekunlaşdırıb, həbslərə başladı.

Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşıb. Uzun müddətdir davam edən yoxlamalar nəticəsində, əvvəllər də məlumat verdiyimiz kimi, ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb. 

Vergilər nazirliyindəki mənbəmiz bildirir ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin - “Bakılift-təmir”ə tabe olan “Baklift-1", ”Bakılift-2", “Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri qandallanaraq, həbs edilib. 

Bakılift-təmir”də böyük yeyintilərin olması 1-ci Avropa Oyunlarından əvvəl də müəyyən olunmuşdu. Manatın qəfil ucuzlaşması hökumətin büdcədə əmələ gələn kəsirləri kompensasiya etmək üçün müəyyən addımlar atmağa məcbur etmişdi. Bu istiqamətdə atılan addımlardan biri də məmurların mal-mülklərinin siyahılarının hazırlanması, gəlirlərinin müəyyən olunması ilə bağlı olub. Belə bir yoxlama zamanı “Bakılift-təmir”in baş direktoru Qüdrət Şükürovun sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak olduğu üzə çıxmışdı. Bu ilin fevralında “Yeni Müsavat” bu haqda “Vəzifəli məmurumuz sürücüsünə 5 milyona mənzil aldı – sensasiya” sərlövhəli yazı yazı etmişdi. Həmin yazıda qeyd olunurdu ki, Q.Şükürovun sürücüsünün “adına” Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində dəyəri 5 milyon manat olan mənzil var! İzahat üçün deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.



Yeri gəlmişkən onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında “Bakılift-təmir”in də adı var. Aldığımız məlumata görə “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi. 

Q.Şükürov bu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub. H.Abutalıbovun kadr seçiminin “özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb.

Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar