Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun devirilmə planı - Cavid Qurbanova tapşırıq verildi


İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat naziri Ziay Məmmədovun qardaşı Nəriman Məmmədovun qudasının öldürülməsi, özünün isə qorxudan dilinin tutulması hadisəsi "Məmmədovlar sülaləsi”ni gərgin duruma salıb


Xatırladaq ki, qətl hadisəsi zamanı dili tutulan Nəriman Məmmədovun səhhətində irəliləyiş olmadığı üçün Türkiyəyə aparılıb.

Bu arada isə Ansperess.com saytı Nəriman Məmmədovun qudası Ramiz Vəliyevi öldürən 1967-ci il təvəllüdlü Eynulla Cahangir oğlu Hacıyevin, əslində, onu yox, nazirin qardaşını vurmaq istədiyini iddia edib:

«Hadisənin isə qısqanclıq zəminində baş verdiyi bildirilir. Əslində Eynulla Hacıyev evin sahibi olan nazirin qardaşını öldürmək istəyib. Lakin səhvən onun qudası Ramiz Vəliyevi öldürüb. Buna səbəb isə qatilin bacısı olan evin qulluqçusu ilə yaxınlıq münasibəti olub və qətl də məhz bu səbəbdən namus üstündə törədilib».

Məlumatlı şəxsin Mia.az-a verdiyi xəbərə görə, bu qətl hadisəsi sıradan bir olay kimi görünsə də, son illər onsuz da gərgin anlar yaşayan Ziya Məmmədov və onun çevrəsini daha bir çıxılmaz yola salıb:

«Bu qətl hadisəsinin Ziya Məmmədov və onun çevrəsinin harınlığından, özbaşınalığından qaynaqlanan hadisə kimi tam təfərrüatlı formada ölkə rəhbərliyinin qarşısına çıxarmaq istəyən qüvvələr var. Onlar nəyin bahasına olursa olun, bu yaxın aylarda nəqliyyat nazirinin devirilməsinə nail olmaq istəyirlər. Hadisələrin axarı isə göstərir ki, əleyhdarları bir sıra siyasi faktorlardan da yararlanaraq, Ziya Məmmədovu «taxt»dan salacaqlar».

Ziya Məmmədovdan sonra nəqliyyat sektorunda yaranacaq boşluğu isə hazırda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbanovla doldurmaq planı var:

«Bildiyiniz kimi, Cavid Qurbanov bu ilin fevral ayında indiki vəzifəyə təyin edilib. Ancaq fevraldan indiyədək onun əvvəlki vəzifəsinə – «Azəryolservis» ASC-yə sədr təyinatı həyata keçirilməyib. Prezidentin həmin vəzifəyə uyğun kadrı təynatı həyata keçirməməsi faktı da Ziya Məmmədova olan əvvəlki etimadın tükəndiyini göstərir. Bu isə nazirin rəqiblərini bir qədər də ruhlandırır.  Düzdür, Ziya Məmmədov "Azəryolservis”in idarəolunmasını daxili əmrlə keçmiş yol idarəsinin rəisi Saleh Məmmədova rəsmən həvalə edib. Ancaq ötən 6 ay ərzində onun təsdiqlənməməsi, üstəltik, oradakı rəsmi və qeyri-rəsmi səlahiyyətləri ötən gün dili tutulan qardaşı Nəriman Məmmədova verməsi, rəqiblərini daha da qıcıqlandırmışdı. 

Ziya Məmmədov və qardaşı isə buna əhəmiyyət vermədən Cavid Qurbanovun oradakı kadrlarını da sıradan çıxarıb, yeni komanda yaratmağa nail oldular. Cavid Qurbanov isə  eyni halı o zaman indiki vəzifəsində həyata keçirə bilmədi. Daha dəqiqi, o, səbrlə zamanını gözləməyə başladı. Və budur, Nəriman Məmmədovun başına gələn hadisədən cəmi 3 gün sonra Cavid Qurbanov ilk dəyişiklik anonsunu verdi. O, bir neçə gün əvəl keçirdiyi kollegiya iclasındaa «"Azərbaycan Dəmir Yolları”nda bir sıra problemlər  mövcuddur. Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb”, - deyərək, Ziya Məmmədova yaxınlığı ilə seçilən bir neçə vəzifəli şəxsi azad etdi. Üstəlik, kadr və struktur islahatlarının da anonsunu səsləndirməklə, bu prosesin davam edəcəyinin siqnalını da verdi. Bu isə onu göstərir ki, Cavid Qurbanova artıq radikal addımlar atmaq tapşırığı gəlib. Və onu əmin ediblər ki, daha Ziya Məmmədovdan çəkinmək lazım deyil, yəni onun qatarı artıq «vağzal»dan uzaqlaşmaq üzrədir».

Məlumatlı şəxs deyir ki, parlament seçkilərinədək Ziya Məmmədovun «vurulması» gözlənilir:

«Hətta deyə bilərəm ki, seçkiyədək nəqliyyat sektorunda cox ciddi yoxlama aparılması da planlanıb. Yəni Məmmədovlar qruplaşmasını qarşıdakı ayldarda böyük sınaq gözləyir...». (mia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar