Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasovun adamı Beynəlxalq Banka sədr gətirilir? – İddia


Hakimiyyətin Rusiyadakı müxalifətinin sponsoru ilə bağlı başqa iddia da var; bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə baş nazirin sabiq 1-ci müavinini və Vəzirov klanını hansı maraqlar bağlayır?


Ötən saylarımızın birində Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovdan (“AST Telman”) torpaq alıb hotel inşa etmək istəyən Zaur İsazadə haqda bəzi yeni bilgilər vermişdik. Qeyd eləmişdik ki, Rusiya Hüquq Akademiyasının sıravi məzunu olan bu şəxs Moskvada yaşayan Əbdürrəhman Vəzirovun qardaşı qızının əridir. 

Böyük maliyyə-biznes imperiyası qura bilmiş bu şəxsin eyni zamanda Azərbaycan Beynəlxalq Bankın Moskva filialının sədri Fuad Abdullayevin yaxın adamlarından olduğunu da diqqətə çatdırmışdıq. Onu da qeyd etmişdik ki, İsazadənin Beynəlxalq Bankın Moskva filialında yüz milyon dollarla krediti var və əksərən kreditlərin verilməsində birbaşa vasitəçilik edir. 

Həmçinin Beynəlxalq Bankın Moskvada “Portofino” yaşayış kompleksinin də İsazadə tərəfindən inşa edildiyi və satıldığı vurğulanmışdı. Həmin şəxsin habelə, çoxsaylı offşor firmalarının olduğu deyilirdi. Bildirilirdi ki, Zaur İsazadə yüz milyonlarla dollar kredit götürür və üstəgəl, öz yaxın əhatəsinin kredit götürməsinə yardımçı olur.



***



Redaksiyamıza Beynəlxalq Bankın Moskva filialının rəhbəri və ona yaxın şəxslərinin digər qaranlıq işləri barədə ilginc məlumatlar daxil olub. Söhbət bu dəfə Fuad Abdullayevin Moskvanın Lenin prospektindəki “Forto-Pyano” yaşayış kompleksi layihəsindən gedir: “Bu layihənin inşası ilə Abdullayevin yaxın adamı - məhz həmin Zaur İsazadə məşğul olur. Azərbaycanlılar biləndə ki, Beynəlxalq Bankın Moskva filialı yaşayış kompleksi tikir, çoxları ruhlanaraq ora axışdılar ki, mənzil sahibi olsunlar. Amma üstündən kifayət qədər zaman ötsə də, müştərilər sənədləri hələ də ala bilməyiblər - yenə məhz həmin İsazadəyə görə; hansı ki, tikinti və satışa məsul şəxsdir, telefon zənglərinə isə cavab vermir. Filialın bank kreditləri şöbəsinin direktoru Fərhad Rüstəmova edilən müraciətlər də heç bir nəticə vermir”.



Mənbənin bildirdiyinə görə, bu da təəccüblü deyil, çünki: “Fərhad Rüstəmov hazırda Azərbaycanda 10 milyon manatlıq krediti qaytarmadığı üçün həbsə salınan Nadir Abbasovun qızının əridir. Nadir Abbasov baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun doğma qardaşıdır. İndi necə olur, qayınata həbsdədir, yeznə isə Moskvada lazım bildiyi adamlara kredit paylayır? Moskvada Fuad Abdullayevin özünə düşmək isə qeyri-mümkün işdir. Diasporda söz-söhbət gəzir ki, onu Cahangir Hacıyevin yerinə gətirmək istəyirlər”.

Məlumatlara görə, bankın mövcudluğu ərzində onun qapıları azərbaycanlıların üzünə həmişə bağlı olub. “Bankın Moskva filialından kredit götürmək fantastika kateqoriyasına aid bir məsələdir, kiməsə bu müyəssər olubsa da, onlar kreditin əvəzində 10-15 faiz həcmində pul veriblər. Hər dəfə diasporaya pul lazım olan məqamda Fuad Abdullayevə ağız açmağın faydası olmayıb və ümumiyyətlə, onun yanına düşmək belə mümkün deyil. Bizim hörmət elədiyimiz şəxs, sədrin məsləhətçisi olan Azər Səfərov vəzifədən gedəndən sonra isə diasporla bankın əlaqələri birdəfəlik kəsilib” - qaynaq bildirir. 



Abdullayevin diasporaya laqeyd münasibətini bu faktdan da görmək olar: ““Taşir” özəl şirkətlər qrupunun erməni sahibi Rusiyadakı erməni diasporuna dəstək verir, iri tədbirlər təşkil edir. Beynəlxalq Bankın Moskva filialının mövcudluğu ərzində isə bank yerli diasporla hər hansı əməkdaşlıqdan daima qaçıb. Mənbə bunu da təəccüblü saymır, çünki sözügedən bank flialı əslində “Azərbaycana, azərbaycanlılara deyil, Vəzirov-Abbasov klanına məxsus bankdır”.

Abdullayevin Moskvada var-dövləti barədə də əfsanələr gəzdiyi bildirilir: “Onu yəqin ki, Rusiyada tanınmamış azərbaycanlı oliqarx hesab eləmək olar. Nədənsə həmişə Azərbaycan hakimiyyətinin Moskvadakı müxalifəti sayılan ”Milyarderlər İttifaqı"nın sponsorunun kim olması axtarılır. Bəlkə bütün bunlarda da elə Abdullayev və onun yaxın ətrafının əli var? Bu barədə bir çoxunun yaxşı-yaxşı düşünməsinə dəyər. Beynəlxalq Bankın Moskva filialının fəaliyyətinə bütün bu illər ərzində hətta səfirliyimizin göz yumması da maraqlı məsələlərdəndir". 

Xatırladaq ki, Rusiyadakı səfir Polad Bülbüloğlu ilə Abbas Abbasovun sıcaq münasibətlərdə olması, hətta səfirin ondan asılı vəziyyətə düşməsi barədə məlumatlar, “AzerRos”un hazırkı prezidenti Söyün Sadıqovun dilindən “onlar eyni qayıqdadırlar” kimi ittihamedici iddialar səslənib və Bülbüloğlu tərəfindən bu günədək təkzib edilməyib. (musavat.com) 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar