Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nazirin qardaşını da güllələyib…” Qusarda danışılanlar


Qusardakı müəmmalı qətl hadisəninin şok səbəbi


Türkiyəyə aparılan nazir qardaşının ağır yaralı olduğu bildirilir

Dünən Qusar rayonunda olan “AzPolitika.info”nun əməkdaşı  isə hadisə ilə bağlı rayonda xeyli fərqli məlumatların yayıldığının şahidi olub. Belə ki, füsunkar mənzərəsi ilə seçilən Çiləgir kəndi rayon mərkəzinə bitişik olduğundan, orda baş verənlərdən demək olar hamı məlumatlıdır.

Rayonda danışılanlara görə isə, Eynulla Hacıyev iddia edildiyi kimi içki düşkünü olmayıb. Onun əvvəllər qaynaqçı işlədiyi, məlum parlayış hadisəsində qardaşı öldükdən sonra Nəriman Məmmədovun onu öz villasında işə götürdüyü bildirilir.

Son dəhşətli qətl hadisəsinin baş vermə səbəbinin qısqanclıq olduğu təsdiqlənsə də, bir qədər fərqli fikirlər səslənir. Eynulla Hacıyevin bu hadisəni öz namusunu təmizləmək üçün törətdiyi göstərilir.
Belə ki, rayon camaatı Eynulla Hacıyevin bu hadisəni N.Məmmədovun bacısı ilə olan münasibətinə görə deyil, arvadı ilə yaxınlığını aşkarladığı üçün törətdiyini bildirirlər.

Qeyd edilir ki, nazir qardaşının Eynulla Hacıyevin arvadı ilə münasibətinin olduğuna dair söz-söhbət kənddə xeyli vaxt imiş ki, yayılıbmış. Eynulla Hacıyev bunu eşidib, onları izləməyə başlayıb. Hadisə baş verən gün Nəriman Məmmədov Eynulla Hacıyevin arvadı ilə bir yerdə olub.
Eynulla Hacıyev evə girərək birinci Nəriman Məmmədovu vurub, sonra arvadını vurmaq istəyib, lakin güllə hədəfdən yayınıb. Ehtimal edilir ki, Eynulla Hacıyev arvadını vurmaq üçün onun arxasınca çıxdıqda N.Məmmədovun qudası Ramiz Vəliyevlə qarşılaşıb. Qəzəblənmiş Hacıyev bu məsələdə heç bir günahı olmayan Ramiz Vəliyevi də qətlə yetirib.

Ancaq onun arvadını öldürmək cəhdi baş tutmayıb. O, fürsətdən istifadə edərək aradan çıxa bilib. Eynulla Hacıyevin məhz arvadını öldürmək üçün gizləndiyi, dərhal polisə təslim olmadığı iddia edilir. Ancaq polis onu bacısının evində taparaq həbs edib.

Qusarda danışırlar ki, Nəriman Məmmədov ağır güllə yarası aldığı üçün Türkiyəyə aparılıb. Onun şok keçirərək dilinin tutulduğuna dair məlumatların isə qəsdən yayıldığı, hadisənin əsl mahiyyətini, motivini gizlətməyə xidmət etdiyi iddia olunur.

Əlbəttə, rayonda yayılan bu söhbətlərin nə qədərinin doğru olduğunu iddia etmək çətindir. Ancaq ilkin məlumatlarda hadisənin əsl səbəbinin və baş verənlərin gizlədildiyinə şübhə yoxdur. Yəqin ki, hüquq-mühafizə orqanları bütün bu məsələlərə aydınlıq gətirəcək, hadisənin motivini müəyən edərək, ictimaiyyətə məlumat verəcək.

Rasim Əliyev
AzPolitika.info

P.S. Məlumat üçün qeyd edək ki, Məmmədovların böyük qardaşı olan Nəriman Məmmədov uzun müddət nəqliyyat sektorunda çalışıb. 2012-ci ildə yaş senzi səbəbindən Nəqliyyat Nazirliyində tutduğu yüksək postdan – Ekspedisiya İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Ancaq Z. Məmmədovun göstərişi ilə “Azəryolservis” ASC-nin nəzdində iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etmək üçün yaradılan “MMC 85″ adlı qurumun rəhbəri təyin edilib. 2014-cü ilin ortalarında nazirin əmri ilə Nəriman Məmmədov vəzifəsindən azad edilərək. “Azəryolservis” ASC-nin sədrinin müşaviri təyin edilib.

pia.az

1ziy
2dd


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar