Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus milyarder Şuşada mətbuat konfransı keçirəcək


5 uşağı və həyat yoldaşı ilə birgə erməni işğalı altındakı Qarabağa köçən qalmaqallı rusiyalı milyarder German Sterliqov iyulun 13-də mətbuat konfransı keçirəcəyini vəd edib


G.Sterliqov bu barədə “Vkontakte” social şəbəkəsindəki hesabından məlumat yayıb.

“Bu gün dağdan aşağı enib internetə girdim və dəhşətə gəldim. Üzümüzə gələn bazar ertəsi gününə mətbuat konfransı təyin edirəm. Tədbirin keçiriləcəyi yer: çiçəklənən bağ - Dağlıq Qarabağ, qədim erməni şəhəri Şuşa. Vaxt: günorta. Tədbirin keçiriləcəyi məkanın ünvanı: Kazançetsots küçəsi, 58” - deyə G.Sterliqov yazıb.

“Əziz jurnalistlər, ezamiyyət vərəqələrinizi yazdırıb hazırlatdırın. Siz həqiqətləri biləcəksiniz” - deyə biznesmen əlavə edib.

Bundan əvvəl isə vəkil Artur Ayrapetov “Kommersant” qəzetinə müsahibəsində G.Sterliqovun Qarabağa getdiyini təsdiqləmişdi. Vəkil bunun səbəbini izah edə bilməsə də söyləmişdi ki, Sterliqov Qarabağa ailəsi ilə birgə köçüb.

Azərbaycan XİN isə müvafiq araşdırma aparandan sonra G.Sterliqovu arzuolunmaz şəxslər siyahısına daxil edəcəyi vədini verib. (virtualaz.org)
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar