Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir postuna daha bir namizəd


Avropa Oyunlarından sonra Azad Rəhimovun «ulduzu» parlamağa başlayıb


Avropa Oyunları ərəfəsində böyük əksəriyyətdə o qənaət formalaşmışdı ki, olimpiadadan sonra Azərbaycan hakimiyyəti dəyişikliyə gedəcək. İndinin özündə də buna ümid edənlər az deyil və gözlənti içindədir. 

Avropa Yay Oyunlarının sonlarına doğru isə baz nazir postu uğrunda mübarizənin qızışdığını təsdiq edən bəzi proseslər baş verdi. Məsələn, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov özü haqqında mətbuata məlumat çıxararaq, dövlət başçısı ilə birlikdə medalların paylanmasını əks etdirən fotolarını əsas gətirməklə baş nazir postuna əsas namizəd olduğunu nümayiş etdirməyə başladı. Hətta bu yazılarda birmənalı olaraq vurğulanırdı ki, Heydərovun prezidentin «ən yaxın ətrafı»dır və ona olan sədaqət sonsuzdur. Və medalların paylanılması prosesində FHN şefinin iştirak etməsi isə ona olan etimaddan irəli gəlir və bu səbəbdən də baş nazir o olacaq. 

Amma siyasətin çox üzü var və belə təbliğatlar hakimiyyət rəhbərləri üçün ciddi əsas sayılmır. Elə buna görədir ki, Kəmaləddin Heydərovun arzuları ilə reallıq üst-üstə düşə bilməyə bilər. Həmçinin baş nazir postu uğrunda aparılan mübarizədə digər rəqiblərin də olmasını nəzərdən qaçırmaq olmaz. 

Artur Rəsizadədən sonra hökumətin idarəçiliyi başqa bir nazirə verilə bilər. Əldə etdiyimiz bilgilərdə qeyd edilir ki, baş nazir postuna real namizədlərdən biri Gənclər və idman naziri Azad Rəhimovdur. Adı nurçu qalmaqalına qarışmış bu şəxsin birdən birə «ulduzunun» parlaması heç də təsadüfi deyil. Məlumatlarda iddia edilir ki, Rəhimovun şanslarının çoxalması onun Avropa Oyunlarının təşkil olunmasında böyük rolunun olması ilə bağlıdır. Üstəlik, GİN-in rəhbəri dövlət başçısı və Olimpiya Komitəsi üçün möhtəşəm tədbirlər hazırlamaqla gözə girməyi bacarıb. 

Jam.az-a məlumat verən mənbə iddia edir ki, Azad Rəhimovun iddiasız olması və hökumət işindən anlaması da hakimiyyət dairələrinin işinə yarayır. Bu səbəbdən də seçimlər sırasında onun şanslılar arasında ən birincilər sırasında olduğu vurğulanır. 

Bu əsnada, Azad Rəhimovun müavininin ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyinin tədbirinə hakimiyyət tərəfdən nümayəndə olaraq qatılmasını da baş nazirlik postu yolunda atılmış addım kimi qiymətləndirənlər var. Bu fikirdə olanların düşüncəsinə görə, hakimiyyət Qərb ölkələrinə kimin hökumətin başına keçəcəyinə dair mesaj verməyə çalışıb. 

Ancaq bütün bunların hamısı versiyadır və zaman içində ölkənin ikinci şəxsinin kimliyi məlum olacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar