Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahimin işçilərindən ilginc müraciət


"İbrahim İbrahimov may ayında həbsdə olduğunu bəhanə edərək əmək haqlarımızı verməkdən imtina edir"

 
Hacı Ibrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Konserni” MMC-nin bir qrup işçisi başda dövlət başçısı Ilham Əliyev olmaqla Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov, Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira xanım Süleymanovaya, eləcə də Azərbaycanda akreditatsiya olunmuş səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinə müraciət edib.

Bu barədə infoaz.org saytı məlumat yayıb. Şikayətçilərin müraciətində deyilir: “Biz hər birimiz müəyyən vaxtlarda Hacı Ibrahim Nehrəmli kimi tanınan Ibrahim Ibrahimovun prezident olduğu ”Avesta Konserni" MMC-də işləmişik. Işlədiyimiz müddətdə heç bir inzibati cəza almamış, əmək müqaviləsi ilə üzrə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, verilən tapşırıqları tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişik. Bu göstəriciləri “Avesta Konserni” MMC-nin prezidenti Ibrahim Ibrahimov da inkar edə bilməz. Biz öz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyimizə baxmayaraq bir neçə aydır ki, əmək haqqlarmızı ala bilmirik. Ibrahim Ibrahimov bu aylar ərzində bizim əmək haqqlarımızı verməsə də, həmin müddətdə bir neçə dəfə fəaliyyəti müəyyən olmayan, Ibrahim Ibrahimovla birbaşa əlaqəli qadınlarla ayrı-ayrı xarici ölkələrə səfər etməyə maliyyə imkanı tapmışdır. Mətbuata verdiyi açıqlamada heç bir maliyyə probleminin olmadığını, bütün işlərinin qaydasında getdiyini bəyan etsə də, əmək haqqlarımızı verməkdən birmənalı şəkildə yayınır. “Avesta Konserni”nin prezidenti Ibrahim Ibrahimov may ayında həbsdə olduğunu, bu səbəbdən də şirkətin işləmədiyini bəhanə edərək may ayı və hətta ondan sonrakı dövr üçün əmək haqlarımızı verməkdən ümumiyyətlə imtina edir. Halbuki, Ibrahim Ibrahimov mətbuata açıqlamasında cəmi iki gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində saxlandığına dair açıqlama verib. Məhz onun saxlanıldığı qısa dövr ərzində şirkətin əməkdaşları daha aktiv fəaliyyət göstərmişdir. Əksəriyyətimiz isə hətta aprel və iyun ayları üçün də əmək haqqı almamışıq. Işdən çıxanlara isə qanunla müəyyən olunmuş son hesablaşma aparmaq, istifadə olunmamış məzuniyyət günlərinə görə müavinət belə ödəmək istəmir".

Hacı Ibrahim Nehrəmli tərəfindən hüquqları pozulan işçiləri müraciətlərinin sonunda ölkə başçısı Ilham Əliyevə xitabən yazır: “Siz hər bir vətəndaşın hüquqlarının təmintançısı olacağınız barədə Qurana və Konstitusiyaya and içmisiniz. Inanırıq ki, bizim əmək hüquqlarımızın bərpası üçün aidiyyəti orqanlara göstəriş verəcək, ”Avesta Konserni" MMC-nin prezidenti Ibrahim Ibrahimovun özbaşınalıqlarının qarşısını alacaq və onu heç olmasa bir dəfə qanunlara əməl etməyə məcbur edəcəksiniz".
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar