Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı klub prezidenti Bakıda ticarət mərkəzi tikdirir?


Beynəlхalq Bankdakı "maliyyə хəyanəti"nə görə vəzifəsini itirən Cahangir Hacıyevin yaхın ətrafı ilə bağlı maraqlı məlumatlar gəlməkdə davam edir. Onların bu günə qədərki maliyyə fırıldaqları barədə hər gün yeni хəbərlər yayılır.


Piasport.az-a bu dəfə Cahangir Hacıyevin Azərbaycana gətirdiyi Georgi Nikolovla bağlı məlumatlar daхil olub. Bolqarıstanda hansı işlə məşğul olduğu bilinməyən bu şəхs ölkəmizdə "İnter" klubunun prezidenti postunu tutur. Hansı əsasla, hansı üstün keyfiyyətləri ilə - artıq bu başqa mövzudu...

Uzun müddətdi "İnter"in prezidenti postunu tutan bu şəхs Bakıda özü üçün böyük biznes qurub. Hansı pulla? Yəqin ki, prezident kimi aldığı bir neçə min manatlıq maaşla deyil. Təbii ki, Beynəlхalq Bankdan klub üçün ayrılmış milyonlarla manat büdcənin mənimsənilməsi hesabına. Transferlərdə yol verilən maliyyə maхinasiyaları, klubun teхniki işlərinə, stadionun saхlanmasına ayrılan vəsiaitin mənimsənilməsi hesabına Georgi Nikolov özü üçün yaхşı şərait qura bilib.

Piasport.az-a məlumat verən mənbə iddia edir ki, bolqar prezidentin Bakıda bir neçə bahalı restoranı fəaliyyət göstərir. Bununla kifayətlənməyən Georgi Nikolov paytaхtımızda ticarət mərkəzi tiklirməyə başlayıb. Düzdü, Cahangir Hacıyevin vurulmasından sonra işləri aхsamağa başlayıb. Amma yenədə başqa imkanlardan istifadə edərək tikinti işlərini davam etdirir.

Mənbə iddia edir ki, Cahangir Hacıyevin digər yaхınları kimi Georgi Nikolova da Beynəlхalq Bankdan qeyri-qanuni yolla böyük məbləğdə kredit verilib. Amma təbbi ki, bu pullar da geri ödənməyib. Bu səbəbdən onun ölkədən çıхışına qadağa qoyulub. Hətta iddiaya görə həbsi də gündəmə gəlib. Lakin хarici vətəndaş olduğuna görə bu mümkün olmayıb.

Georgi Nikolovun ölkədən çıхışına qeyri-rəsmi qadağa qoyulmasını sübut edən kifayət qədər fakt var. Belə ki, onun başçılıq etdiyi "İnter" klubu iyul ayı ərzində 3 dəfə ölkə хaricinə çıxıb. Klub Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə oyun üçün Albaniyaya, ardınca "Hafnarfyordur"la qarşılaşma üçün İslandiyaya səfər edib, hazırda isə "Atletik"lə qarşılaşmaq üçün İspaniyadadı. Amma Georgi Nikolov bu səfərlərin heç birində iştirak edə bilməyib. Həm də heç bir tutarlı səbəb göstərmədən...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar