Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının oğlu həbs edildi - Mingəçevirdə

Zərdabın icra başçısının oğlu avtoxuliqanlığa görə həbs edilib


Tia.az-a verilən özəl məlumata görə, Lütfəli Babayevin övladı Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıb. Ona 15 sutka inzibati cəza verildiyi iddia edilir. 

Mingəçevir yol polis şöbəsinin rəisi Ələsgər Bədəlovla köhnə ədavəti olan icra başçısı oğlunu yalnız bir həftə sonra azadlığa çıxarmağa nail olub.
Mənbə bildirir ki, L.Babayev külli-miqdarda pul sərf etmək hesabına oğlunu həbsdən çıxarıb. 

Yada salaq ki, başçının qardaşı oğlu - Babayev Yadigar Şahvəli oğlu da idarə etdiyi 99-BH-045 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə saxlanmışdı. Yüksək tonla danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunmuşdu. Yadigar Babayev gecəni polis şöbəsində saxlanılmışdı. 

Ondan əlavə, Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun vəzifəsindən azad olunması da avtoculiqanlığa görə olmuşdu. 
Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi.
Xatırladaq ki, prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu, qudurğanlıq etdiklərini və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirmişdir. Hətta bir neçə məmur belə hallara görə cəzalandırılıb

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar