Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin pulsuz işləyən nazirləri
Türkiyənin 8 naziri müftə işləyir.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında baş nazirin müavini Bülənd Arınc və xarici işlər naziri Mövlud Çavuşoğlunun da olduğu bu nazirlər artıq ayyarımdır ki, maaş almadan öz vəzifələrini yerinə yetirirlər.

Müftə nazirliyin səbəbi isə xeyli maraqlıdır. ƏİP-in verdiyi 3 dəfədən artıq millət vəkili olmamaq qərarının çanağı bu “binəva” nazirlərin başında çatlayıb. Nəticədə bir çox ölkələrdəki müftəxor nazirlərdən fərqli olaraq millət vəkili seçilə bilməyən bu adamlar indi deputatlıq maaşı ala bilmirlər. Qanuna görə, parlament xaricindən hökumətə cəlb edilmədikləri üçün onların nazir kimi maaş almaq səlahiyyətləri də yoxdur. Yəni "həm Əli aşından, həm də Vəli aşından olan” bu nazirlər, sadəcə, 350 lirəlik nazirlik kompensasiyası alırlar.

Həmin nazirlər “müftə xidmət”dən imtina da edə bilməzlər. Çünki ölkə konstitusiyasında “Yeni kabinet müəyyənləşənə qədər mövcud hökumət vəzifəsinə davam edir” imperativ maddə var. Yeni hökumətin nə zaman qurulacağı isə bəlli deyil. Hətta mümkündür ki, Türkiyə təkrar seçkilərə getsin və hökuməti quracaq parlamentin tərkibinin müəyyənləşməsi aylarla uzansın. Nazirlər isə bu zamana qədər ayda 350 lirəylə kifayətlənməlidirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar