“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefa verməsindən xəbərsizik”
Bunu aznews.az-a açıqlamasında sözü gedən partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirib
Onun sözlərinə görə, Y.Bağırzadə bu qərarı verərkən partiyanın rəsmilərindən heç kəsə məlumat verməyib: “Bu necə olub? Heç kəsin xəbəri yox. Yaxın saatlarda partiya onunla bağlı açıqlama yayacaq”.
* * *
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.
Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib.
Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.
Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir.
pia.az