Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-in qaranlıq efiri açılacaqmı?


ANS-in bağlanmasından artıq bir ay on gündən də çox zaman keçsə də hələ kanalın aqibətinin necə olacağı bilinmir


 Kanalın bağlandığı  gündən (18 iyul) bu yana aparılan məhkəmə işləri də bir nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib.

“Yeni Müsavat”a danışan  ANS Şirkətlər Qrupunun prezidentinin media müşaviri Mais Məmmədov bildirib ki, kanalın açılması ilə bağlı hər hansı müsbətə doğru yenilik yoxdur: “Hələ ki, gözləmə mövqeyindəyik. Hər hansı bir xəbər yoxdur. Yəqin ki, nə isə olsaydı ondan xəbərim olardı. Ümid edirik ki, yaxın zamanlarda şad xəbər eşidəcəyik”.

Əldə etdiyimiz məlumata görə, hazırda da kanalın işçilərinin bir qismi şirkətə gedib-gəlirlər. 

Qeyd edək ki,  ANS bağlandığı ərəfədə  telekanalın fəaliyyətinin 1 aylıq dayandırıldığı deyilsə də, sonradan məhkəmə qərarı ilə lisenziyası tamamilə ləğv edildi. Belə ki,  iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi ANS TV-nin lisenziyasını ləğv edib. ANS telekanalının rəhbərliyi lisenziyaya xitam verilməsi ilə bağlı qərardan kasasiya şikayəti verib. Şikayət üzrə məhkəmə prosesi sentyabrın 8-də Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçiriləcək.
ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmə prosesi isə sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar