Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika “Türk axını”nı durdurmaq istəyir


Vaşinqton qaz kəməri seçimində Rusiyanın yanında yer alan ölkələrin hökumətlərini cəzalandırmaq üçün hərəkətə keçib; Yunanıstandakı səfir geri çağırıldı; son aylar rəsmi Bakı ilə xüsusi yaxınlaşan Makedoniya hökumətinin başçısı Nikola Qruevskinin isə istefası tələb olunur


Avropanın qaz bazarı uğrunda  Rusiya ilə Qərb arasında mübarizə  getdikcə açıq qarşıdurmaya, bu layihələrdə iştirak etmək istəyən ölkələrin hökumətləri üçün isə ciddi problemə çevrilir. 

Azərbaycanın da iştirakçısı olduğu Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) qarşı Rusiyanın “Türk axını” layihəsini reallaşdırmaq istəyi son aylar bu gərginliyi nəzərəçarpacaq həddə artırıb. 

Məlumdur ki, Qərb “Cənub axını” layihəsini Bolqarıstanın imtinası ilə nöqtələdikdən sonra Rusiya bu dəfə “Türk axını” layihəsini elan edib. Layihə ötən ilin dekabrın 1-də Vladimir Putinin Ankaraya səfərində razılaşdırılıb. “Türk axını” ildə 63 milyard kubmetr Rusiya qazının Türkiyə vasitəsilə   Yunanıstan sərhədinə çıxarılması planlaşdırılır. “Qazprom” daha sonra qazın 50 milyard kubmetrini Yunanıstandan keçməklə digər Avropa ölkələrinə ötürmək niyyətindədir. 

Amerikanın da ciddi dəstək verdiyi TAP layihəsi “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. TAP-da səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.



*    *    *
Bu iki müxtəlif maraqların toqquşduğu layihələr  artıq yeni qarşıdurmalarla müşahidə olunur. Belə ki TAP-a ilkin dövrdə dəstək vəd edən Yunanıstan Avropa Birliyi ilə gərgin münasibətləri səbəbindən üzünü “Türk axını”na tutub və Rusiyanın yanında  möhkəmlənib. Üstəlik, Yunanıstanın solçu hökuməti ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair 400 milyon avroluq müqaviləni pozmaq istəyir. Solçu yunan hökuməti bildirib ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər. Avropanın daha iki ölkəsi Makedoniya  və Serbiya da “Türk axını”na qoşulacağına qərar verib.



“Türk axını” Rusiya qazının Yunanıstana nəqlindən sonra onu yeni kəmər vasitəsilə Makedoniyadan və Serbiyadan keçərək Macarıstan və Avstriyaya daşınması nəzərdə tutur. 

*    *    *
Vaşinqton isə Rusiyanın  yanında yer alan  ölkələrin hökumətlərini cəzalandırmaq fikrindədir. Bu sırada isə son aylar rəsmi Bakı ilə xüsusi yaxınlaşan Makedoniya  hökuməti  gəlir. Xəbərlərə görə, Vaşinqton bir neçə dəfə ABŞ-ın bu ölkədəki səfiri vasitəsilə Makedoniyanın baş naziri Nikola Qruevskiyə “Türk axını”na qoşulmamaqla bağlı xəbərdarlıq edib. Amma Qruevski “çətin qoz” xarakteri nümayiş etdirir və ölkəsinin “Türk axını” layihəsində iştirak niyyətində israrlı  olduğunu bəyan edir. Vaşinqton, Makedoniyanın  baş  nazirindən narazılığını fevral ayında bu ölkədə baş verən qarşıdurmalarda göstərmişdi. Belə ki Amerikanın bu ölkədəki səfiri Dyess Beyli  bu qarşıdurmada Makedoniya müxalifətinin lideri Zoran Zayevin tərəfini  tutmuşdu. Sosial Demokrat Birliyinin lideri olan Zayevi Makedoniya hökuməti “Amerikanın adamı” hesab edir. Mayın 6-da isə Makedoniyanın paytaxtı Skopyedə  keçirilmiş kütləvi etiraz aksiyasında baş nazirin istefası tələbi qoyulub. 2 mindən artıq makedoniyalı baş nazirin iqamətgahının qarşısına yığışaraq  polis maşınlarını yandırandan sonra hökumət binasının hasarlarını dağıdıblar.



Etirazların səbəbi Zoran Zayevin baş nazirə  qarşı irəli sürdüyü ittihamdır. Baş nazir 2011-ci ilin iyun ayında 22 yaşlı Martin Neşkovskinin polis zorakılığının qurbanı kimi həlak olmasını gizlətməkdə suçlanıb.

“İndi hakimiyyətdə olan koalisiyanın mitinqində Neşkovskini baş nazirin mühafizəçiləri və polislər ölünədək döymüşdülər. Baş nazirlə daxili işlər naziri Qordan Yankuloskanın qatillərin kimliklərini gizlətməyin yollarını müzakirə etdikləri telefon danışığının audioyazısı məndə var” deyə, Zayev bildirib. Qarşı tərəf isə audoyazının saxta olduğunu bəyan edir. 

Bunun ardınca, mayın 9-dan 10-na keçən gecə  Makedoniyanın şimalındakı etnik albanların yaşadığı Kumanovo bölgəsində  gözlənilmədən vəziyyət pisləşib, 15 saat davam edən xüsusi əməliyyat zamanı ölənlərin sayı 22-ə çatıb. Ölənlərin səkkizi polisdir. Hadisə nəticəsində 37 polisin isə yaralandığı bildirilir. 



Rusiya mətbuatı son günlər Makedoniyada baş verənlərə diqqət çəkərək yazır ki, ABŞ bu ölkədə  çevriliş hazırlayır və sözəbaxmaz baş naziri dəyişmək üçün müxalifətə ciddi maliyyə və siyasi dəstək verir. Mətbuatın iddiasına görə, Makedoniyanın “Türk axını”na qoşulması barədə qərarından sonra bu ölkədə vəziyyətin gərginləşməsi Vaşinqtonun hazırladığı planların tərkib hissəsidir. Qruevski Vaşinqtonun  “Türk axını” ilə bağlı şantajına məhəl qoymur və seçicilərinə Amerikanın adamının hakimiyyətə buraxmayacağını vəd edir. 

Rusiya mənbələri Makedoniyadakı iğtişaşlardan əvvəl iddia edirdi ki, ölkə daxilindəki müxalifətlə hakimiyyəti dəyişmək mümkün olmazsa, Vaşinqton etnik albanları hərəkətə keçirəcək. Makedoniyada son hadisələr Rusiya mənbələrinin yazdıqlarını təsdiqləyir. 
Qərbin Rusiya ilə qaz savaşında “ayaq altında qalmaq” istəməyən Serbiyaya gəlincə, bu ölkənin prezidenti Tomislav Nikoliç “Türk axını” layihəsində iştirakının qeyri-mümkün olduğu haqda bəyanat versə də, sonradan bunu təkzib etdi. Moskvada 9 may paradına gələn serb prezident  jurnalistlərin onun dediklərinin  təhrif etdiklərini bildirdi.

Onun sözlərinə görə, əgər “Türk axını” Serbiyanın sərhədlərinə qədər gəlib çatsa sonradan onu Serbiya öz ərazisindən çəkməlidir: “Lakin Avropa İttifaqı “Cənub axını” kəmərinin Bolqarıstan ərazisindən keçməsinə mane oldusa, “Türk axını” kəmərinin digər Avropa ölkələrinin, o cümlədən Yunanıstanın ərazisindən keçməsinə necə imkan verəcək? Deməli, burada bir çox qaranlıq nüanslar var. Ona görə də gözləyək görək necə olacaq” deyə, Serbiya prezidenti bildirib.

***
Qeyd edək ki, Azərbaycanla Makedoniya arasında yüksək səviyyəli münasibətlər var ki, son bir ayda həm bu ölkənin baş nazirinin, həm də prezidentinin Azərbaycana səfərləri bunu göstərir. Aprelin 19-da Bakıda səfərdə olan Qruevski ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. ABŞ-ın hədəfində olan baş  nazir siyasi əlaqələrlə yanaşı, ölkəsinin Azərbaycan ilə iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.  Aprelin 29-da isə  Makedoniya prezidenti Georgi İvanov Bakıda olub. Xəbərlərə görə, Makedoniya hökuməti bu ölkəyə Azərbaycan investisiyasının cəlb edilməsini arzulayır.  



***
Vaşinqton TAP layihəsini ləngidən, Rusiyanın “Türk axını” layihəsinə qoşulmağa qərarlı olan Yunanıstana da təzyiq göstərmək üçün xüsusi elçisini Afinaya göndərib. Virtualaz.org saytı xəbər verir ki, mayın 8-də ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun xüsusi nümayəndəsi Amos Hoxşteyn Afinada Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panaiyotis Lafazanislə danışıqlar aparıb.

Danışıqlardan sonra amerikalı diplomat açıq bildirib ki, ABŞ Yunanıstanı “Türk axını” layihəsindən imtina etməyə çağırıb. Diplomat bunun əvəzində Yunanıstana Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsini dəstəkləməyi təklif edib. Vaşinqton hesab edir ki, Yunanıstan TAP layihəsinə dəstək verməklə Qərb investorları üçün cəlbediciliyini artıracaq və Avropa İttifaqının Rusiya qazından asılılığını azaldacaq. Diplomatın bildirdiyinə görə, “Türk axını” iqtisadi əsası olan layihə deyil və açıq-aşkar siyasi mahiyyət kəsb edir. Birləşmiş Ştatların Yunanıstandakı səfirliyi də bəyanatla çıxış edib.

Bildirib ki, Birləşmiş Ştatlar Yunanıstanın “Türk axını” layihəsində iştiraka maraq göstərməsindən narahatdır. Səfirlik TAP layihəsinin Yunanıstan üçün daha cəlbedici olduğunu bildirib. Amma bu bəyanatlara baxmayaraq, Yunanıstanın energetika naziri  “Türk axını” layihəsindən imtina etməyəcəklərini deyib. Bunun ardınca isə məlum olub ki, ABŞ-ın Yunanıstandakı səfiri Devid Pirsi geri çağırmağa qərar verib.  Müşahidəçilər Afinadakı səfirin geri çağırılmasını Vaşinqtonun  Yunanıstan hökumətinin  “Türk axını” qaz kəmərinin tikintisindən imtina etməməsidir. 

***
Belə görünür ki, yaxın aylarda  Qərblə Rusiya arasında qaz savaşı daha da qızışacaq və mümkündür ki, bu qarşıdurmada bir neçə ölkədə iğtişaşlar, hökumət dəyişiklikləri baş versin. Unutmaq olmaz ki, Rusiya da TAP layihəsinə ciddi qısqanclıqla yanaşır və bu proyektdə iştirak edənlər ölkələrə zaman-zaman təzyiq edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar