Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan idmançısının Pekin Olimpiadasındakı nəticəsi ləğv olunub


Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov Beynəlxalq Olimpiya Komitəsinin (İOC) cəzasına məruz qalıb


 İOC-un rəsmi saytında yerləşdirilmiş xəbərə əsasən, səbəb Həsənovdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsidir.

62 kq çəki dərəcəsində çıxış etmiş atletdən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (turinabol) preparatı tapılıb. İOC-un İntizam Komissiyası 31 yaşlı idmançının "Pekin-2008"dəki nəticəsini ləğv, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına olimpiadadakı nəticələrdə düzəliş və öz səlahiyyətləri çərçivəsində gələcəkdə istənilən addımları nəzərdən keçirməsini tövsiyə edib. Azərbaycan Milli Olimpiya Komitəsindən dərhal qüvvəyə minən qərarın tam icrası istənilib.

Həsənov "Pekin-2008"də 62 kq çəki dərəcəsində B qrupunda çıxış edib. O, birdən 128 kq ağırlıq qaldırsa da, təkanla sifariş verdiyi çəkilərin heç birinin öhdəsindən gələ bilməyib. Nəticədə azərbaycanlı atlet olimpiadada yer tuta bilməyib.

Qeyd edək ki, İOC Sərdar Həsənovdan başqa kubalı uzununa tullanan Vilfredo Martines, ispaniyalı 100 metr məsafəyə maneələri dəf etməklə qaçan Jozefina Oniya, rusiyalı 3000 metr məsafəyə maneələri dəf etməklə qaçan Yekaterina Volkova, özbəkistanlı və qazaxıstanlı sərbəst güləşçilər Soslan Tigiyevlə (74 kq) Taymuraz Tigiyev (96 kq), ukraynalı ağırlıqqaldıran Olqa Korobka (+75 kq), belaruslu ağırlıqqaldıranlar Anastasiya Novikova (53 kq) və Andrey Rıbakovun (85 kq) da nəticələrini ləğv edib. S.Tigiyev, T.Tigiyev, Korobka və Rıbakov gümüş, Volkova, Novikova bürünc medaldan məhrum olub, Martines 5-ci, Oniya isə 9-cu yerlə vidalaşıb. ("Report")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar