Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni aqroparklar yaradıla bilər



Yeni layihələr həyata keçiriləcək


Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn ilə görüşüb. Görüşün məqsədi Avropa Yenidənqurma və İnkişaf Bankının kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi ilə əlaqədar yeni maliyyə çərçivəsinin hazırlanması üzrə müzakirələrin aparılması olub.

Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Heydər Əsədov Azərbaycanda aqrar sahədə  əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. Nazir investisiya tələb olunan sahələr barədə məlumat verərək Azərbaycan dövlətinin və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə dəstəyi ilə “Aqropark”ların yaradılması istiqamətində yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Nil Makkeyn “Aqropark”ların, Logistik bazaların yaradılmasına, məhsulun saxlanması istiqamətində  gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, fermerlərin bazara çıxış yollarının daha da yaxşılaşdırılması məqsədilə kənd yollarının bərpasına investisiya qoyululmasına önəm verdiklərini ifadə etdi və gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar