Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 23 yaşlı qız zorlandı



Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə müraciət edən 22 yaşlı Aytən Abbasova (ad və soyad şərtidir) bildirib ki, tanışı tərəfindən zorlanıb


Gənc qız qeyd edib ki, bir müddət əvvəl paytaxtda Şaiq adlı oğlanla tanış olub. Daha sonra cütlük arasında isti münasibətlər yaranıb. Şaiq A.Abbasovaya şirin vədlər verib və onunla ailə quracağını, elçi göndərəcəyini deyib. Onlar bir müddət sevgili münasibətində olublar. Bir neçə gün əvvəl isə Şaiq “sevdiyi” qızı yaşadığı evə gətirib. Burada qızın köməksiz vəziyyətdə olmasından istifadə edən şəxs zorla onunla cinsi əlaqədə olub.

A.Abbasova keçmiş sevgilisinin niyyətini başa düşdükdən sonra polisə müraciət etmək qərarına gəldiyini deyib və onun cəzalandırılmasını tələb edib.

Aparılan araşdırmalardan sonra 22 yaşlı qızı zorlayan şəxsin 1991-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olmuş və Bakı şəhər Nizami rayonu, Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsi 148 ünvanında kirayədə yaşayan Şəkərov Şaiq Nuralı oğlu olması müəyyən edilib. Bəlli olub ki, əvvəllər məhkumluğu olan Ş.Şəkərov Bakıda fəhləlik edir və subaydır. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o yaxalanıb və barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir. (lent.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar