Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakıda otellərdə boş yer tapmaq mümkün deyildi"


“Bakıda “Formula -1” yarışlarının keçiriləcəyi günlərdə mehmanxalarda, 5 ulduzlu otellərdə boş yer tapmaq mümkün deyildi”


Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. 

Onun sözlərinə görə, iyun ayı ərzində paytaxtımıza xeyli sayda xarici turist gəlib ki, onların çoxu da “Formula -1” yarışlarını izləmək üçün gələnlərdir.

N.Bağırovun sözlərinə görə, xarici turistlər Bakıda 5 daha çox ulduzlu otellərdə qalmağa üstünlük verirlər: “Bakı “Formula-1” yarıpşlarından əvvəl də xarici turistlərin diqqət mərkəzində olub. Ona görə Azərbaycana gələn turistlərinin dəqiq sayını demək mümkün deyil. Hesab edirəm ki, bu il ötən illərlə müqayisə də daha çox turist ölkəmizə təşrif buyurub”.

Assosiasiya sədrinin sözlərinə görə, əvvəllər Azırbaycanda turizm qiymətləri qonşu ölkələrlə müqayisədə baha idisə, hazırda vəziyyət fərqlidir: “Bizdə otellərin qiyməti qonşu ölkələrlə müqayisədə ucuzdur. Manatın məzənnəsinin dəyişməsindən sonra otellərin 90 faizi qiyməti qaldırmayıb. Bunların əksəriyyəti brend otellərdir. Qalanları isə 10 faiz qiyməti qaldırıb”. 

N.Bağırov bu gün Azərbaycanda 2,3 ulduzlu otellərin az olmasından söz açıb. Onun sözlərinə görə, belə otellərin sayının artırılması vacibdir: “Həmin otellərin də öz müştəriləri var. Belə otellərin açılmasına və turistləri ölkəmizə cəlb etməyə ehtiyac var. Onu da qeyd edim ki, dolların bahalaşması Azərbaycanda xaricə gedən turistlərin sayında azalmaya səbəb olub. Lakin qonşu ölkələr, Türkiyə və Gürcüstan istiqamətində azalma müşahidə edilmir”. 

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, “Formula -1” yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox Rusiyadan bilet alınıb: “Rusiyadan yarışı izləmək üçün təxminən 3000 nəfərə yaxın insan gəlib. Rusiyalılardan sonra daha çox bilet alan Böyük Britaniya, Avropa və ərəb ölkələrinin vətəndaşlarıdır. Lakin ümumilikdə Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Bu da təbiidir, çünki onlar Formula 1-in fanatlarıdırlar. Ona görə də Avropa ölkələrindən daha çox qonaq gəlib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar